SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Elm və təhsil/0.1 bala görə təhsil krediti ilə oxudu: Təkcə iş qazanmadı, həm də borcu silindi 
Elm və təhsil

0.1 bala görə təhsil krediti ilə oxudu: Təkcə iş qazanmadı, həm də borcu silindi 

Xəbərsiz Media
21 May 2026

“Təhsil Tələbə Krediti Fondunun yaranması ilə bağlı Prezident İlham Əliyevin Fərman imzaladığı barədə məlumatlara sosial şəbəkədə rast gəldim. Məlumat dərhal diqqətimi cəlb etdi və prosesi nəzarətdə saxladım. Bu krediti necə, hansı şərtlərlə ala biləcəyim barədə istənilən məlumatlar diqqətimi çəkirdi. Sadəcə mənim üçün deyil, bir çox yoldaşlarım üçün bu fərman xilas yolu idi. Birimiz üçün sadəcə ailəsinə yük olmamaq dərdi idisə, bir çoxlarımız üçün təhlükədə olan təhsilinin xilası idi.  Tələbə yoldaşlarım, dostlarımla bu barədə söhbətlərimiz olurdu və hər müzakirəmizdə belə bir qərarı məndən çox gözləyənlər olduğunu daha yaxşı anlayırdım”. 

Bu, bir gəncin dilə gətirdiyi həyəcandır. Artıq keçmişdə qalsa da, ailəsi üçün nə qədər narahat olduğu indi də hər kəlməsindən hiss edilir. O, gəncliyinin ilk illərində məsuliyyəti öz üzərinə götürməyi bacarıb, təhsil tələbə krediti ilə öz təhsilini maliyyələşdirib, nəinki bakalavr təhsilini uğurla tamamlayıb, hətta özünə cəmiyyətdə layiqli yer açıb, artıq dövlət qulluqçusudur, Müdafiə Nazirliyinin Hüquq İdarəsində işləyərək dövlətə olan borcunu geri ödəyir. Sözün hər iki mənasında borc qaytarır, həm dövlətin qayğısının  göstəricisi olan təhsil tələbə krediti kimi aldığı vəsaiti, həm də bir vətəndaş olaraq Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi çalışaraq.

Bu iddialı, qərarlı, məsuliyyətli, uğurlu gənci siz də tanıyın.

0.1 balın onu xəyallarından ayırmasına ailəsi yol vermədi

Xaqan Hacıyev nümunəvi şagird olub, məsuliyyətli tələbə. Bakı məktəblisi Bakı şəhəri 308 nömrəli tam orta məktəbi əla qiymətlərlə oxuyub: “Məktəbdə oxuduğum dövrdə sinif nümayəndəsi olmuşam, nümunəvi şagird olduğum üçün müəllimlərimin sevgisini qazanmışam”.

Kim olacağına, hətta hansı universitetdə oxuyacağına da uşaqlığından qərar verib. Dediyinə görə, məktəb illərində  Bakı Dövlət Universitetinin tələbəsi olmağın, burada “Hüquqşünaslıq” ixtisasına yiyələnməyin xəyalını qurub. Di gəl, onu ən böyük arzusundan cəmi 0.1 bal ayırıb: “Ali təhsil müəssisələrinə qəbul imtahanlarında böyük arzularla iştirak etdim. Universitetə qəbul olunacaq, arzuladığım ixtisas üzrə təhsil alacaqdım. Amma məlum oldu ki, 0.1 balım çatmır”.

Xaqan üçün bu elə uzaq xəyal görünməsə də, heç də kiçik olmayan “qurban” tələb edilirdi. Ən pisi də o idi ki, bu qurbanı o yox, ailəsi ödəyəcəkdi: “Ödənişli əsaslarla oxuya biləcəyim dəqiqləşəndə məyus oldum. Çünki Hüquq fakültəsində ödənişli təhsil almaq asan deyildi. Nüfuzlu ixtisas olduğu üçün illik ödənişi başqa universitetlərlə müqayisədə çox idi. Məni isə oxusam, bu vəsaiti valideynlərimin ödəməli olması narahat edirdi. Ona görə tərəddüd edirdim. Lakin valideynlərim ən böyük arzumu nəyin bahasına olursa-olsun reallaşdırmaqda qərarlı idilər”.

“Elə bir sistem yaradılmışdı ki, oxuyacaq, təhsilimin sonunda öz təhsil haqqımı özüm ödəyəcəkdim”

Beləliklə, ödənişli əsaslarla tələbə oldu: “Təhsilimə uğurla başladım. I kursu yüksək göstəricilərlə bitirib imtahan verərək BDU-nun SABAH qruplarına daxil oldum”.

Sadəcə oxumaqla kifayətlənməyib, həm də təhsildən sonrakı dönəm üçün zəngin baza formalaşdırıb: “Tələbəlik illərində Bakı şəhər Sabunçu Rayon İstintaq Şöbəsində, Bakı Apellyasiya Məhkəməsində, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, Yasamal Rayon Prokurorluğunda, Yasamal Rayon Məhkəməsində və bir neçə Vəkil Bürosunda təcrübələrdə oldum”.

Xaqanın fikrincə, bu gün layiqli işdə, hüquqşünas kimi yetişib püxtələşmək istəyən bir çox gəncin xəyalı olan mövqedə qərar tutubsa, bu, təhsili sayəsindədir: “Uğurlu təhsil uğurlu karyeranın başlanğıcıdır. Təhsildə uğur qazanmağımın əsas səbəbi səbir və iradədir. Məncə, bu keyfiyyətləri olan hər kəs təhsildə uğur qazanıb karyera qura, cəmiyyətdə özünə layiqli yer tuta bilər. Amma mən uğurlu təhsilin heç də həmişə uğurlu karyera demək olmadığını da bilirəm. Odur ki, biz gənclər təhsillə yanaşı, zəngin təcrübə də toplamalıyıq. Mənim həyatımda karyerada uğurlu başlanğıc etmək üçün aldığım təhsil, ən əsası, təhsildə qazandığım uğur əsas rol oynadı”.

 

Hərbi xidmətdə iş təklifi aldı

Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Xaqan Hacıyev burada da uğurlu nəticələri ilə seçilib:
“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən müasir ordu quruculuğu və intellektual resursların səmərəli istifadəsi istiqamətində aparılan islahatlar çərçivəsində, yeni yaradılmış təlim-təcrübə konsepsiyasına əsasən, ali təhsil müəssisələrinə 600-dən yuxarı balla qəbul olunan şəxslər hərbi xidmətlərini “İntellektual qabiliyyətli bölmələr”də keçirirlər. Mən də həmin şəxslərdən biri oldum. Hərbi xidmətimin sonunda Müdafiə Nazirliyinin Hüquq İdarəsində fəaliyyət göstərmək üçün təklif aldım”.

Ehtiyata buraxıldıqdan sonra dövlət qulluğuna qəbul prosesi ilə bağlı hazırlıqlara başladığını bildirən Xaqan növbəti dövlət qulluğu imtahanında iştirak edərək müvafiq sertifikat əldə edib:
“Elə həmin il təklif aldığım vəzifədə əmək fəaliyyətinə başladım. Hazırda da Müdafiə Nazirliyinin Hüquq İdarəsində dövlət qulluqçusu kimi fəaliyyət göstərirəm”.

 

Uğurlu təhsilin daha bir nəticəsi – kreditdə güzəşt ona dövlətin növbəti jesti oldu

Təhsilini yüksək göstəricilərlə bitirməsi onun üçün növbəti uğur olub: “Orta müvəffəqiyyət göstəricim yüksək olduğu üçün təhsil tələbə kreditimə 50 faiz güzəşt tətbiq edildi. Hərbi xidmətdən məzuniyyətə gələndə bu barədə məlumatı həm sosial şəbəkələrdən aldım, həm də Təhsil Tələbə Kredit Fondundan gələn mesajdan. Düzü, baş verənlərə inana bilmirdim. Qurumun rəsmi internet səhifəsində şəxsi hesabıma keçid etdikdən sonra özüm bunun şahidi oldum. Bu mənim üçün çox böyük xəbər idi. Həm borcumu özüm ödəyəcəyəm, həm də yarıbayarı güzəştlə. Artıq geri ödənişim başlayıb. Dövlətin bir gənc kimi mənə yaratdığı şərait, həyata keçirdiyi fəaliyyət müqabilində çox cüzi görünən krediti yavaş-yavaş ödəyirəm”.

Ödədiyi məbləğin gözünə görünmədiyini deyən gənc hüquqşünas indi dövlətinə minnətdardır: “Dövlətimizin oxumaq istəyən, təhsil almaqda qərarlı olan tələbələrə maddi və mənəvi dəstəyini ilk gündən çox böyük hadisə hesab edirəm. Tanıdığım insanlar var idi ki, sadəcə təhsil haqqı səbəbindən arzuladıqları ixtisası seçə bilməyib, təhsil almaqdan məhrum olublar. Təhsil tələbə krediti məhz bu kateqoriyaya düşəcək gənclər üçün böyük şansdır və məncə, onlar bu fürsəti dəyərləndirməlidirlər. Ona görə də yaradılan bu şəraitə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Onun fərmanını bu qədər qüsursuz şəkildə icra edənlərin əməyini də biz gənclər qiymətləndiririk”. //muallim.edu.az

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

Elm və təhsil

DİM bu imtahaların nəticələrini elan etdi

No Comment
13 baxış
Elm və təhsil

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

No Comment
1.3K baxış
Elm və təhsil

Prezident müəllimlərin geyimi ilə bağlı qanunu TƏSDİQLƏDİ

No Comment
2.6K baxış
Elm və təhsil

Bakıdakı məşhur universitet BAĞLANIR?

No Comment
1.7K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026