SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda da hiss olundu
Əli Kərimlinin həbs müddəti uzadıldı
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı bitir
13 İyul 2026
Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu…
13 İyul 2026
Əsas/Gündəm/11 yaşlı rəssamın rənglər dünyası
Gündəm

11 yaşlı rəssamın rənglər dünyası

Xəbərsiz Media
05 May 2026

CASCFEN-in təşkilatçılığı ilə 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib

Mayın 2-də Bakıda Xətai Sənət Mərkəzində keçirilən 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) Ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Türkiyə Səfirliyinin Ticarət Başmüaviri Nevzat Bozkurt, Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan, iş adamları, müxtəlif təşkilatların və media qurumlarının təmsilçiləri, o cümlədən uşaq və gənclər iştirak ediblər.

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, gənc aparıcı Nuray Ədilzadənin təqdimatı ilə başlayan mərasimdə Yağmur haqqında qısa məlumat verilib. Bildirilib ki, valideynləri Türkiyənin məhşur iş adamları olan Yağmur Kamer 2014-cü ildə Bakıda anadan olub. Hazırda Bakıdakı British School-un 6-cı sinifində təhsil alan Yağmur 7-8 yaşlarından rəsm çəkməyə başlayıb.

Sonra sərginin keçirilməsi ideyası barədə danışan CASCFEN sədri Nadir Azəri sərginin 3 may – Türkçülük Günü ərəfəsində keçirildiyini xüsusi vurğulayıb. Nadir Azəri həmçinin Yağmurun gələcəkdə öz əsərləri ilə Türk dünyasına mühüm töhfələr verəcəyinə inandığını ifadə edib.

Açılış çıxışı edən Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan sərginin Türk dünyası gəncləri üçün yeni və perspektivli bir başlanğıc olduğunu vurğulayıb. O, gənc rəssamın gələcəyinə inam ifadə edib.

Mərasimdə çıxış edən Türkiyə Cümhiryyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Nevzat Bozkurt da Yağmurun istedadını yüksək qiymətləndirərək, onun gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib.

Daha sonra çıxış edən Yağmurun valideynləri Tuğba Kamer və Serkan Kamer övladlarının uğurundan qürur duyduqlarını, onun inkişafına hər zaman dəstək verəcəklərini qeyd ediblər.

Anası Tuğba Kamer, “Yağmur bizim rəngli dünyamızdır. Bu gün o, həmin rəngli dünyasını bizə və sizlərə tanıtdı. Bu, bizim üçün çox xüsusi və qürurverici bir gündür” -deyib.

Atası Serkan Kamer isə “İnşallah, Yağmurun rəsmlərini gələcəkdə daha geniş platformalarda, daha gözəl sərgilərdə görməyi arzulayırıq. Onun bu sahədə inkişaf etməsi üçün belə bir tədbirin keçirilməsi çox önəmlidir” -deyib.
Təbrik çıxışı edən Beynəlxalq Qalareyanın rəhbəri Elnurə İsgəndərova sərginin Yağmurun timsalında Türk dünyasının gələcək istedadlarına bir dəstək olduğunu bildirib, Yağmura uğurlar arzu edib.

Yağmurun rəsm müəllimi Lamiyə Yüzbaşova isə şagirdinin uğurunu onun üçün ən böyük sevinc olduğunu deyib.
Sonda Yağmur Kamer çıxış edərək öz dünyasını rənglərlə ifadə etdiyini, bu dünyanı insanlarla bölüşməkdən böyük xoşbəxtlik duyduğunu bildirib: “Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam, amma hər bir cizgi ilə bir az daha böyümüşəm. Fırçamla təkcə rəngləri deyil, hisslərimi, xəyallarımı və öz dünyamı ifadə edirəm. Mənim dünyam bəzən rəngarəng, bəzən sakitdir, amma hər zaman mənə məxsusdur. Bəzən sözlər kifayət etmir, amma rənglər həmişə danışır. Bu sərgidə gördüyünüz hər rəsm mənim bir parçamdır. Kiçik ola bilərəm, amma içimdə böyük bir dünya var. Bu gün isə həmin dünyanı sizinlə paylaşdığım üçün çox xoşbəxtəm. Təşəkkür edirəm”.
Tədbirin yekununda Nadir Azəri Yağmur Kameryə CASCFEN adından diplom, həmçinin yazıçı Musa Mərcanlının Qarabağdakı quruculuq proseslərindən bəhs edən kitabını hədiyyə olaraq təqdim edib.

Mərasimdən sonra Yağmur Kamerin sərgilənən 20 rəsminə baxış keçirilib.

Sonda xatirə fotosu çəkilib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət13 İyul 2026

Sabah Məhərrəm ayı bitir

Cəmiyyət13 İyul 2026

Sabah 39 dərəcə isti olacaq

Prezident13 İyul 2026

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident13 İyul 2026

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

Prezident13 İyul 2026

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Gündəm13 İyul 2026

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

Cəmiyyət13 İyul 2026

Bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış

Cəmiyyət13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

Dünya13 İyul 2026

İran ABŞ PUA-sını vurdu

Hadisə13 İyul 2026

Bakıda qadın dənizdə boğuldu

Həmçinin oxu

Gündəm

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

No Comment
148 baxış
Gündəm

Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü

No Comment
1.1K baxış
Gündəm

Elşad Xosedən polisə şikayət olundu

No Comment
277 baxış
Gündəm

Yarım milyondan çox yeyinti: sabiq bələdiyyə sədrinə iş açıldı

No Comment
684 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?
Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü
Elşad Xosedən polisə şikayət olundu
İqtisadiyyat
Qızıl ucuzlaşdı – MƏBLƏĞ
AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” – PREZİDENTƏ MÜRACİƏT

Bölmələr üzrə

Baxış bucağı 804
Cəmiyyət 2129
Dünya 1211
Elm və təhsil 362
Gündəm 1230

Bütün müəllif hüquqları qorunur - 2026