SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Manşet/"Belələri ya satqındırlar, ya qərəzli, ya da beyinsiz" - Elçin Mirzəbəyli 
ManşetSiyasət

"Belələri ya satqındırlar, ya qərəzli, ya da beyinsiz" - Elçin Mirzəbəyli 

Ziyafət Əlisoy
22 Sentyabr 2025

“Düşünürəm ki, Azərbaycanla bağlı Türkiyə ərazisindən davamlı dezinformasiya yayan bir sıra media resurslarının “nüfuzlu media təsisatları” kimi təqdim edilməsi, həmçinin sosial şəbəkələrin Türkiyə türkcəsində olan seqmentindəki bəzi səhifələrin təxribatlarına qardaş ölkənin ictimai rəyinin, hətta cüzi bir hissəsini ifadə edən məzmunlar kimi yanaşılması kökündən yanlışdır”.

Bu fikirləri “Xəbərsiz”ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu cür hallarda Azərbaycanın peşəkar media resursları, siyasətçiləri, ekspertləri soyuqqanlı olmalıdırlar:

“Belə məsələlərdə Azərbaycanın peşəkar media resursları, siyasətçiləri, ekspertləri və vətəndaş mövqeyindən çıxış edən sosial şəbəkə fəalları maksimum soyuqqanlılıq və təmkin nümayiş etdirməli, Azərbaycan-Türkiyə qardaşlığına qənim kəsilən dairələrin iç üzünü açıb ortaya qoymalıdırlar. Heç bir halda təxribat xarakterli məzmunlara eyni üslub və ritorika ilə cavab verilməməlidir. Əksinə, hər addımda Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı vurğulanmalıdır”.

Deputat qeyd edib ki, Türkiyədə Azərbaycan-İsrail münasibətləri ilə bağlı həqiqətdən kənar danışan qüvvələr var:

“Bəlli olduğu kimi, Türkiyənin ictimai rəyində İsrailə olan münasibətdən istifadə edən bəzi kənar qüvvələr və onların qardaş ölkədəki uzantıları mütəmadi olaraq, Azərbaycan-İsrail münasibətləri ilə bağlı həqiqətə uyğun gəlməyən, bəzən hətta sıradan bir informasiyanı belə təhlil etməyi, ağı qaradan, yalanı həqiqətdən seçməyi bacarmayan birinin qəhqəhə ilə qarşılayacağı iddialarla çıxış edirlər. Daha sonra gündəmə atılan ucuz mövzular ətrafında troll şəbəkəsinin fasiləsiz ideoloji hücumu, yalanlara daha emosional yük qatmaqla onu inandırıcı etməyə çalışan, insanların dini hisslərini istismar edən xaricdən idarə olunan “zombi” qruplarının cığır-bağırı sosial şəbəkələri başına götürür. Təəssüf ki, bəzən bu prosesin içərisində Türkiyədə nəyin bahasına və nə yolla olursa-olsun hakimiyyətə can atan, beyinlərini onlara hakimiyyət vəd edən xarici qüvvələrə, həm də Türkiyə düşmənlərinə icarəyə vermiş siyasət dəllalları da yer alırlar.

Parlamentari əlavə edib ki, bu tip qüvvələr Azərbaycanda da fəaliyyət göstərir:

“Məgər bizdə belələri yoxdur? Məsələn, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, ölkəmizin ərazisində 200 ilə yaxın davam edən separatizmə son qoyulması, suverenliyimizin bütün ərazilərimizdə bərpa olunması kimi misilsiz tarixi uğurun, məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iti zəkası, xarakteri və qətiyyətli liderliyi ilə gerçəkləşməsi reallığı ilə barışa bilməyən klassik nüfuz müvəkkili, siyasi cırtdan Əli Kərimli öz yandaşları ilə birlikdə gecə-gündüz Zəfərimizin, Böyük Qayıdışımızın üzərinə gölgə salmağa çalışmırlarmı? Məgər Əli, Gültəkin, Cəmil və onların muzdlu trolları, xaricdəki uzantıları Vətən müharibəsindən sonra “Xankəndi, Xocalı, Əsgəran nə oldu” demirdilərmi? Məgər onlar Fransa və digər erməni YANdaşlarının “humanitar” təxribatlarına dəstək vermirdilərmi? Azərbaycan Ordusu torpaqlarımızın xilası uğrunda ölüm-qalım savaşı verəndə bu adamların ətrafındakı Vətən və dövlət xainləri deyildilərmi “müharibə əleyhinə hərəkat” yaradıb, separatçılar və işğalçılarla birlikdə ortaq kağız parçasına imza atanlar? Guya bu adamlar separatizmin yuvası dağıldıqdan, suverenliyimiz bərpa olunduqdan və tarixi Zəfərimizin bütün dünyanı heyrətə gətirən akkordları vurulduqdan sonra “sülhməramlılar nə oldu” deyə bağırmırdılarmı? Suverenliyimiz bütün ərazilərimizdə bərpa olunduqdan, müqəddəs üçrəngli bayrağımız bütün yurd yerlərimizdə dalğalandıqdan, sülməramlılar son nəfərinədək ölkəmizi tərk etdikdən sonra isə azad edilmiş yurd yerlərimizin sürətlə bərpası və soydaşlarımızın qayıdışı dərd olub bunlara… Bu baxımdan, təəccüblənməyə dəyməz.

Əgər kimlərsə “Azərbaycan İsrailin Avroviziyada iştirak etməyəcəyi təqdirdə musabiqəyə qatılmayacaq” kimi qurşaqdan aşağı olduğu qədər də gülünc bir iddiaya inanıb ölkəmizə qarşı aparılan şər-şəbədə kampaniyasına qoşulacaqlarsa, qoy qoşulsunlar. Belələri ya satqındırlar, ya qərəzli, ya da beyinsiz. Satqınları cəzalandırmaq, qərəzliləri islah eləmək, beyinsizlərə isə mərhəmət göstərmək lazımdır…”

 

Mikayıl Mirzəzadə

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Dünya

Dünya xəritəsi dəyişir – Tarixi qərar

No Comment
5 baxış
Gündəm

“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı

No Comment
10 baxış
Dünya

Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var

No Comment
80 baxış
Dünya

Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!

No Comment
6 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026