SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
BOS-a yeni mətbuat katibi təyin olundu – FOTO
14 Sentyabr 2026
Tramp Ağ Evi zibillik adlandırdı
14 Sentyabr 2026
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
14 Sentyabr 2026
Əsas/Cəmiyyət/Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür
Cəmiyyət

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Xəbərsiz Media
21 Fevral 2026

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günüdür. Dil hər bir xalqın milli kimliyinin əsasını təşkil edir.

“Xəbərsiz” Azərbaycan dilinin inkişafı və tətbiqi ilə bağlı ölkəmizdə görülən işlərə nəzər salır.

Tarixin sınaqlarından zəfərə doğru

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi üçün mühüm tədbirlər həyata keçirib. Hələ 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsdiq edilməsi o dövr üçün böyük bir siyasi cəsarət idi.

Müstəqillik illərində isə – 2001-ci ildə latın qrafikasına tam keçid və hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması dilimizin özünəqayıdış prosesini tamamladı. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.

Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Dövlət siyasəti və təşəbbüslər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Xatırladaq ki, dövlətimizin başçısı AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.

Müasir çağırışlar və qloballaşma

Hazırda Azərbaycan dilinin virtual məkanda təbliği istiqamətində böyük işlər görülür. Süni intellekt sistemlərində dilimizin tətbiqi, dünya ədəbiyyatı incilərinin kütləvi şəkildə ana dilimizə tərcümə olunaraq nəşr edilməsi gənc nəslin öz dilinə olan marağını artırır.

Bizim dilimiz təkcə poeziya dili deyil, həm də elm, texnologiya və diplomatiya dilidir. Dövlətin gördüyü işlər nə qədər böyük olsa da, dilin əsl qoruyucusu xalqdır. Sosial şəbəkələrdə yazarkən, gündəlik ünsiyyətdə olarkən dilimizin qaydalarına riayət etmək hər birimizin vətəndaşlıq borcudur.

Qeyd edək ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Məqsəd dil və mədəni müxtəlifliyi təşviq etmək, çoxdilliliyi dəstəkləməkdir. //Bizim.Media

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm14 Sentyabr 2026

BOS-a yeni mətbuat katibi təyin olundu - FOTO

Dünya14 Sentyabr 2026

Tramp Ağ Evi zibillik adlandırdı

Cəmiyyət14 Sentyabr 2026

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

Dünya14 Sentyabr 2026

Şotlandiya, Uels və Şimali İrlandiya birləşdi: Londona müstəqillik mesajı

Dünya14 Sentyabr 2026

Alimdən xəbərdarlıq: Nepal ssenarisi Avropada da təkrarlana bilər

Cəmiyyət14 Sentyabr 2026

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Cəmiyyət14 Sentyabr 2026

25 il iş stajı olmayanlar necə pensiya alacaq?

Gündəm14 Sentyabr 2026

Razılaşma mətni yayıldı: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Cəmiyyət14 Sentyabr 2026

12 illik təhsil gündəmdə deyil - Emin Əmrullayev

Dünya14 Sentyabr 2026

Moskva Kiyevin bu çağırışını alqışladı

Həmçinin oxu

Cəmiyyət

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

No Comment
6 baxış
Cəmiyyət

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

No Comment
5 baxış
Cəmiyyət

25 il iş stajı olmayanlar necə pensiya alacaq?

No Comment
6 baxış
Cəmiyyət

12 illik təhsil gündəmdə deyil - Emin Əmrullayev

No Comment
6 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
BOS-a yeni mətbuat katibi təyin olundu – FOTO
Tramp Ağ Evi zibillik adlandırdı
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
Azərbaycan nefti BAHALAŞDI

Bölmələr üzrə

Baxış bucağı 814
Cəmiyyət 2495
Dünya 1442
Elm və təhsil 392
Gündəm 1751

Bütün müəllif hüquqları qorunur - 2026