SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Gündəm/Müşfiq Abbasov bu sözlərinə görə HƏBS EDİLİB - "Hansısa nazir 3-5 qızı..."
GündəmManşet

Müşfiq Abbasov bu sözlərinə görə HƏBS EDİLİB - "Hansısa nazir 3-5 qızı..."

Xəbərsiz Media
24 Fevral 2026

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov inzibati qaydada 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumata görə, M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) suçlu bilinib və barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

“Xəbərsiz” xəbər verir ki, peşəkar hüquqşünas olan və öz maarifçi çıxışları ilə çoxlarının hörmətini qazanan Müşfiq Abbasovun həbs səbəbi hazırda ən çox müzakirə olunan məsələlərdəndir və hər kəs onun hansı yanlışa yol verdiyini aydınlaşdırmağa çalışır. Bu baxımdan onun statusları da incələnir.

Ölkədən kənarda olan və hər addımda “siyasi motiv” axtarmağa çalışan bəzi şəxslərin idarə etdiyi səhifələr bu məqamdan sui-istifadə edərək, M.Abbasovun guya 16 fevral tarixində yazdığı “Dünyada müstəqil media yoxdur. Amma bizdə var)” statusunun onun həbsinə səbəb olmasını əminliklə irəli sürüblər. Guya bu sözlərlə M.Abbasov “siyasi səhvə” yol verib. Halbuki hüquqşünasın bu statusunda özünü “tam müstəqil” elan edənlərə zarafatyana bir eyham var. Bu statusu onun həbsinin səbəbi kimi göstərmək məntiqsizdir. Həm də ona görə ki, bu halda sözügedən status onun səhifəsindən silinərdi.

Adının açıqlanmasını istəməyən iki vəkil isə öz versiyalarını saytımızla bölüşüb. Onların fikrincə, bir neçə gün öncə Musavat TV-yə müsahibəsi zamanı Müşfiq Abbasovun bəzi ittihamlarla çıxış etməsi onun inzibati qaydada cəza almasının əsas səbəbi ola bilər.

Belə ki, “Epşteyn işi” ilə bağlı sualı cavablandıran sabiq müstəntiq deyir: “Guya bizim varlıların malikanəsində, bağ evlərində belə əxlaqsız cinayətlər yoxdur? Mən sizə əminliklə deyirəm ki, var”.

M.Abbasov bu cinayətlərin cəzasız qalmasının səbəbini də izah edir, bildirir ki, cinayətin üzə çıxması üçün rəsmi şikayət olunmalıdır: “Tutaq ki, hansısa nazir 3-5 qızı bağına aparıb, başına oyun açırsa, onları pul ilə susdurursa və həmin adamlar da şikayət etmirsə, axı bu məsələ cəmiyyətə aşkar ola bilməz”.

“Burada xüsusilə “mən əminliklə deyirəm ki, var” ifadəsi ciddi ittihamdır və peşəkar hüquqşünas bu ittihamı irəli sürəndə ehtiyatlı olmağa məcburdur”, – vəkil qeyd edib.

Digər tərəfdən, Azərbaycana İrandan narkotikin daxil olduğu haqda danışan M.Abbasov narkotikin Azərbaycanda dövriyyəsində xüsusilə böyük vəzifəli şəxs və ya şəxslərin “maraqlı olması” iddiasını da səsləndirir:

“İranda yaşayan adam Azərbaycanda yaşayana narkotiki çatdırır. Birinci bunun qarşısını almaq lazımdır. Hazırda ölkənin quru sərhədləri bağlıdır. Deməli, burada hansısa çox böyük vəzifəli şəxslərin haradasa maraqları var.

Bu yaxınlarda bir liman aşkar olundu. Əgər buradan qanunsuz siqaret gəlibsə, qanunsuz narkotik də gələ bilər. Bu mümkündür və danılmaz faktdır. Bax, bunun qarşısını almaq lazımdır. Gömrükdən, sərhəd xidmətinin nəzarətindən kənar kimlərsə bu işi görürsə, onlar həbs olunmalıdır. Təsəvvür edin ki, o insanlar tonlarla narkotik gətirib, insanlara paylayır”.

Vəkillərin sözlərinə görə, peşəkar hüquqşünas heç bir halda bu cür ittihamları əlində əsaslı sübutlar və faktlar olmadan səsləndirməməlidir.

Redaksiyadan qeyd: M.Abbasov “informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi”ndə ittiham olunub. Bu qanun isə daha çox informasiya resursuna sahib şəxslərə aiddir və daha fərqli istiqaməti özündə ehtiva edir.

Həmçinin qanunda informasiya resursu sahibinə yanlışı aradan qaldırmaq üçün 8 saat müddətin verilməsi də əksini tapıb.

Bu baxımdan M.Abbasovun sosial şəbəkə hesablarında canlı olaraq yayılan və tamaşaçılarla ünsiyyəti ehtiva edən çıxışları da əhatə edə bilər. //Milli.Az

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Dünya

Türk məşhurların villaları uçurulacaq

No Comment
64 baxış
Gündəm

“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı

No Comment
9 baxış
Dünya

Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var

No Comment
64 baxış
Dünya

Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!

No Comment
5 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026