SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Baxış bucağı/QANLI GECƏDƏN AYDINLIĞA: XOCALI 34 illik həqiqətin səsi!
Baxış bucağıGündəm

QANLI GECƏDƏN AYDINLIĞA: XOCALI 34 illik həqiqətin səsi!

Xəbərsiz Media
26 Fevral 2026

Bu gün təqvimdə sadəcə bir tarix deyil. Bu gün – millətin yaddaşına həkk olunmuş silinməz yaradır.

34 il əvvəl fevralın 25-dən 26-na keçən gecə təkcə bir tarix deyil, bəşəriyyətin vicdanının dondurulduğu gündür. Xocalı — o gecənin şaxtasında alovlanan fəryad, bu gün isə zəfərin və sarsılmaz iradənin simvoludur.

Gecənin qanlı qaranlığı!

Artıq üç onillikdən çox vaxt keçsə də, 1992 ci il 26 fevral gecəsində törədilmiş Xocalı faciəsi qəlbimizdə ilk günkü kimi sagalmaz yaraya çevrilib. 1992-ci ilin fevralında Xocalı da törədilən qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi “ƏSRİN FACİƏSİ” olaraq tarixə həkk olundu. Həmin gecə 613 günahsız insan əbədi olaraq susduruldu (onlardan 63-ü uşaq, 106-sı qadın idi) Amansızca susdurulan hər bir can bir ailənin ümidi, bir millətin gələcəyi idi.
O gecə 613 insan ömrü yarım qaldı. 8 ailə bütövlükdə yer üzündən silindi. 1275 dinc sakin əsir götürüldü. Bu rəsmi rəqəmlər yalnız statistik göstərici deyil, hər biri yarım qalmış insan ömrüdür.
Qarın üzərinə səpələnmiş qan damlaları, gözlərində yaş əbədi susmuş körpələr, yarımçıq qalan arzular, donmuş ümidlər…
Həmin gecə Xocalının susdurulan fəryadı göyüzünü lərzəyə gətirdi.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi bu vəhşilik təkcə torpaq iddiası deyildi — bu, bir xalqın varlığını yer üzündən silməyə yönəlmiş, insanlığa sığmayan, etnik təmizləmə idi.

Qisas Qiyamətə qala bilməzdi, qalmadı da!: “DƏMİR YUMRUQ”

Bizim bir qisas borcumuz var idi və bu borcu qiyamətə qədər uzada bilməzdik. “Xocalı” adlı həqiqətin sədası illərlə dünya ictimaiyyətinə çatdırıldı. Lakin tarixin ən güclü cavabı döyüş meydanında verildi.Tarixi ədalət öz təntənəsini yaşadı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən və prinsipial siyasəti, eləcə də “Dəmir Yumruq” iradəsi nəticəsində Xocalı faciəsi artıq təkcə milli matəm günü kimi deyil, həm də tarixi ədalətin bərpasını və xalqımızın sarsılmaz qürurunu təcəssüm etdirən bir rəmzə çevrildi. Xocalı faciəsi artıq yalnız matəm günü deyil — həm də milli qürurumuzdur.

Ali Baş Komandanın rəhbərliyi ilə:

İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizin qisası alındı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı qüvvələrdən və silahlı birləşmələrdən tam şəkildə təmizləndi. Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Bunun nəticəsidir ki,
bu gün Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Xocalını azad etdik, qanımız yerdə qalmadı!”

Bu sözlər artıq tarixdir. Bu, xalqa verdiyi sözü yerinə yetirən dövlət başçısının əzminin və sarsılmaz iradəsinin əyani sübutudur. Bu milli birliyin təntənəsi və tarixi ədalətin bərpasıdır.

Bu 34 il ərzində Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl və sistemli diplomatik fəaliyyətlər həyata keçirilmişdir. “Xocalıya ədalət!” təşəbbüsü qlobal miqyasda geniş dəstək qazanaraq beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltmişdir.

Nəticədə, bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı hadisələrini hüquqi siyasi müstəvidə qiymətləndirdi. O cümlədən, bir sıra dünya ölkələri bu soyqırımı insanlığa qarşı törədilmiş cinayət kimi tanıdı. Bu siyasi yanaşma beynəlxalq səviyyədə tarixi ədalətin bərpasının təmin olunması, həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması real siyasi nəticələrə gətirib çıxardı. “Xocalıya ədalət!” çağırışı qlobal miqyasda geniş dəstək qazandı. Bir sıra ölkə və beynəlxalq təşkilatlar bu qətliamı soyqırımı kimi tanıdı.
Bu, dünyaya açıq və qəti mesajdır:

Cinayət cəzasız qalmır. Tarixi ədalət geciksə də, öz yerini tapır!

Bu gün Xocalı xarabalıq və qaranlıq deyil. Bu gün Xocalı yenidən qurulan, dirçələn, doğma sakinlərini qarşılamağa hazırlaşan şəhərdir. Bərpa və quruculuq işləri nəticəsində şəhər yeni həyat mərhələsinə qədəm qoyur.
34 il əvvəl bizi tarixdən silmək istəyənlər bu gün öz məğlubiyyətlərinin qaranlığında boğulur.
Xocalı isə uzun yuxudan sonra yenidən oyanır, Xocalı Dirçəlir!

ŞƏMS ZAMANLI

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Dünya

Türk məşhurların villaları uçurulacaq

No Comment
65 baxış
Gündəm

“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı

No Comment
9 baxış
Dünya

Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var

No Comment
65 baxış
Dünya

Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!

No Comment
5 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026