SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
BOS-a yeni mətbuat katibi təyin olundu – FOTO
14 Sentyabr 2026
Tramp Ağ Evi zibillik adlandırdı
14 Sentyabr 2026
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
14 Sentyabr 2026
Əsas/Cəmiyyət/İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz
CəmiyyətManşet

İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz

Xəbərsiz Media
27 Fevral 2026

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir.

“Xəbərsiz” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Bəs, güzəşt dedikdə nəzərdə tutulan nədir?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatda güzəştlərin effektiv tətbiqi üçün ödəniş sistemində dəyişiklik vacibdir və Azərbaycanda ötən ildən elan edilən “brutto müqavilə” modelinə keçid bunun əsas hissəsidir.

Onun sözlərinə görə, proses bu ildən start götürməli və 2026-2028-ci illərdə mərhələli şəkildə Bakı, Sumqayıt, Qarabağ bölgəsindəki şəhərlər, Naxçıvan və Gəncədə icra olunmalıdır.

Ekspert qeyd edib ki, yeni modeldə daşıyıcılara hər kilometrə görə subsidiya veriləcək, gündəlik, aylıq və illik bilet paketləri, eləcə də təqaüdçülər, tələbələr, müharibə iştirakçıları və veteranlar üçün güzəştli tariflər tətbiq olunacaq. Bundan başqa, uzaq məntəqələrdən gələn sərnişinlər üçün 90 dəqiqəlik pulsuz transfer imkanları xərclərin optimallaşdırılmasına şərait yaradacaq:

“Əvvəlcədən illik bilet alan sərnişinlər üçün səfər daha ucuz başa gəlir, pulsuz transferlər isə bir ödənişlə müxtəlif nəqliyyat növlərindən istifadə etməyə imkan verir. “Brutto müqavilə”yə keçid sürətləndirilməli və sərnişinlər bu dəyişikliklərin maliyyə baxımından müsbət təsirini real olaraq hiss etməlidir”.

Ekspert həmçinin əlavə edib ki, bu cür sistemlər region ölkələrində də tətbiq olunur və nümunə kimi Tiflis, Kiyev, Moskva və İstanbul göstərilə bilər:

“Dünyanın digər ölkələrində artıq 40 ildir ki, bu sistemlə ictimai nəqliyyat idarə olunur”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm14 Sentyabr 2026

BOS-a yeni mətbuat katibi təyin olundu - FOTO

Dünya14 Sentyabr 2026

Tramp Ağ Evi zibillik adlandırdı

Cəmiyyət14 Sentyabr 2026

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

Dünya14 Sentyabr 2026

Şotlandiya, Uels və Şimali İrlandiya birləşdi: Londona müstəqillik mesajı

Dünya14 Sentyabr 2026

Alimdən xəbərdarlıq: Nepal ssenarisi Avropada da təkrarlana bilər

Cəmiyyət14 Sentyabr 2026

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Cəmiyyət14 Sentyabr 2026

25 il iş stajı olmayanlar necə pensiya alacaq?

Gündəm14 Sentyabr 2026

Razılaşma mətni yayıldı: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Cəmiyyət14 Sentyabr 2026

12 illik təhsil gündəmdə deyil - Emin Əmrullayev

Dünya14 Sentyabr 2026

Moskva Kiyevin bu çağırışını alqışladı

Həmçinin oxu

Cəmiyyət

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

No Comment
6 baxış
Cəmiyyət

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

No Comment
5 baxış
Cəmiyyət

25 il iş stajı olmayanlar necə pensiya alacaq?

No Comment
6 baxış
Cəmiyyət

12 illik təhsil gündəmdə deyil - Emin Əmrullayev

No Comment
6 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
BOS-a yeni mətbuat katibi təyin olundu – FOTO
Tramp Ağ Evi zibillik adlandırdı
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
Azərbaycan nefti BAHALAŞDI

Bölmələr üzrə

Baxış bucağı 814
Cəmiyyət 2495
Dünya 1442
Elm və təhsil 392
Gündəm 1751

Bütün müəllif hüquqları qorunur - 2026