SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
BOS-a yeni mətbuat katibi təyin olundu – FOTO
14 Sentyabr 2026
Tramp Ağ Evi zibillik adlandırdı
14 Sentyabr 2026
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
14 Sentyabr 2026
Əsas/Gündəm/Ömürlük həbs cəzası hansı hallarda dəyişə bilər? – Hüquqi İZAH
Gündəm

Ömürlük həbs cəzası hansı hallarda dəyişə bilər? – Hüquqi İZAH

Xəbərsiz Media
29 Aprel 2026

Cinayəti törədənin təqsiri sübuta yetirilərsə, o, qanuna uyğun olaraq müxtəlif cəzalara məhkum olunur. Azərbaycanda ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir. 1998-ci ildə ölüm hökmünün ləğvindən sonra haqqında edam, güllələnmə qərarı verilmiş şəxslərin cəzasının Milli Məclisin qərarı ilə ömürlük həbslə əvəzlənməsi bunu deməyə əsas verir.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət, insanlıq əleyhinə və müharibə cinayətləri törədənlər ömürlük azadlıqdan məhrum edilirlər. Cinayət Məcəlləsinin 16-cı fəsli sülh və insanlıq əleyhinə cinayətlər və 17-ci fəsli müharibə cinayətlərindən bəhs edir. Hər iki fəsildə qeyd olunan cinayətləri törədənlər cinayətlərin ağırlıq dərəcəsinə görə ömürlük həbsə məhkum olunurlar.

Xatırladaq ki, Azərbaycanda ömürlük həbs cəzası qadınlara,18 yaşına çatmamış şəxslərə və ömürlük həbs barədə hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə şamil olunmur.

Həmçinin, Azərbaycanda əfv sərəncamı və amnistiya haqqında qərarlarla məhbuslar ya tamamilə əfv olunur, yaxud da cəzalarının çəkilməmiş hissəsindən azad olunurlar.

Bəs hansı halda ömürlük həbs qərarı dəyişdirilə bilər?

Suala aydınlıq gətirmək üçün vəkil Ruslan Mustafayevə müraciət etdik. Hüquqşünas Bizim.Media-ya bildirib ki, bu mövzuda həm qanuni qüvvəyə minmiş məhkəmə hökmündən, həm də hələki gedən məhkəmə prosesindən danışa bilərik.

Onun sözlərinə görə, məhkəmə prosesi gedərkən yuxarı instansiyalar verilən qərara baxa və onu dəyişə bilər:

“Fərz edək ki, şəxs barəsində məhkəmə prosesi gedir və birinci instansiya məhkəməsi şəxs barəsində ömürlük həbs cəzası barədə hökm qəbul edib. Şəxs bundan razı deyilsə, bu qərarı daha yuxarı instansiya, yəni appelyasiya və bundan sonra da kassasiya instansiyasında, yəni ali məhkəmədə mübahisələndirə bilər. Yəni birinci instansiyanın hökmünü appelyasiya, appelyasiyanın hökmünü isə ali məhkəmə dəyişə bilər”.

Vəkil qanuni qüvvəyə minmiş ömürlük həbs cəzasının dəyişdirilməsinin mümkün hallarını qeyd edib:

“Şəxs barəsində ömürlük həbs cəzası yalnız bir neçə halda sonradan dəyişdirilə bilər. Bunlardan biri ondan ibarətdir ki, müəyyən müddətdən sonra həmin işlə bağlı yeni açılmış hal ortaya çıxır. Müəyyən olunur ki, əvvəlki məhkəmələrdə işə baxan zaman həmin hal aşkar olunmayıb, məhkəməyə bir arqument kimi irəli sürülməyib. Bu halı nəzərə alaraq Ali Məhkəmənin plenumu son məhkəmə qərarını ləğv edir və işə yenidən baxılır. Bu sübut işin nəticəsinə təsir göstərirsə, bir müddət əvvəl şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü dəyişdirilə bilər”.

Bundan başqa, hüquqşünas ölkə başçısının imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzası hökmünün dəyişdirildiyini qeyd edib:

“Azərbaycan Respublikasının Konstitusiyası ilə Prezidentin barələrində cəza tətbiq edilmiş şəxslər barəsində əfv sərəncamı imzalamaq, onları əfv etmək hüququ var. Təcrübədə olub ki, ömürlük həbs cəzası almış şəxslər cəzalarının bir hissəsini çəkdikdən sonra prezidentə müraciət edirlər, əfv olunmaqlarını xahiş edirlər, artıq islah olunduqları ilə bağlı arqumentləri, səbəbləri ortaya qoyurlar.

Təbii ki, Əfv komissiyası bu müraciətlərin hər birini yoxlayaraq, təqdim olunmuş halları araşdıraraq siyahını prezidentə təqdim edir. Prezident də ola bilər ki, ömürlük həbs cəzası almış şəxsi əfv etsin. Əfv olunan zaman həmin şəxs ya bütövlükdə ondan sonrakı cəzasından azad olunur və ya cəzası dəyişdirilərək müəyyən müddətə həbslə əvəz edilir.

Adətən, 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunur və bu, şəxsin həbs olunduğu tarixdən də hesablana bilər. Fərz edək ki, şəxs 20 il öncə ömürlük azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunub, əgər əfv zamanı onun cəzası 25 il azadlqıdan məhrumetmə cəzası ilə əvəzlənibsə, o, 5 il cəza çəkməklə haqqında verilmiş ömürlük həbs cəzasından azad ola bilər”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm14 Sentyabr 2026

BOS-a yeni mətbuat katibi təyin olundu - FOTO

Dünya14 Sentyabr 2026

Tramp Ağ Evi zibillik adlandırdı

Cəmiyyət14 Sentyabr 2026

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

Dünya14 Sentyabr 2026

Şotlandiya, Uels və Şimali İrlandiya birləşdi: Londona müstəqillik mesajı

Dünya14 Sentyabr 2026

Alimdən xəbərdarlıq: Nepal ssenarisi Avropada da təkrarlana bilər

Cəmiyyət14 Sentyabr 2026

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Cəmiyyət14 Sentyabr 2026

25 il iş stajı olmayanlar necə pensiya alacaq?

Gündəm14 Sentyabr 2026

Razılaşma mətni yayıldı: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Cəmiyyət14 Sentyabr 2026

12 illik təhsil gündəmdə deyil - Emin Əmrullayev

Dünya14 Sentyabr 2026

Moskva Kiyevin bu çağırışını alqışladı

Həmçinin oxu

Gündəm

BOS-a yeni mətbuat katibi təyin olundu - FOTO

No Comment
7 baxış
Dünya

Tramp Ağ Evi zibillik adlandırdı

No Comment
5 baxış
Cəmiyyət

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

No Comment
6 baxış
Cəmiyyət

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

No Comment
5 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
BOS-a yeni mətbuat katibi təyin olundu – FOTO
Tramp Ağ Evi zibillik adlandırdı
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
Azərbaycan nefti BAHALAŞDI

Bölmələr üzrə

Baxış bucağı 814
Cəmiyyət 2495
Dünya 1442
Elm və təhsil 392
Gündəm 1751

Bütün müəllif hüquqları qorunur - 2026