SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Manşet/Yerəvandan verilən mesaj - TƏHLİL
ManşetTəhlil

Yerəvandan verilən mesaj - TƏHLİL

Xəbərsiz Media
05 May 2026

Mayın 4-də Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən Avrpoa Siyasi Şurasının 8-ci sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Aliyev videobağlantı vasitəsilə çıxış etdi. Bu çıxış təkcə diplomatik protokol xarakterli bəyanat deyildi.

Əslində, bu çıxış Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi düzənin və post-münaqişə mərhələsinin siyasi manifesti kimi dəyərləndirilə bilər. Sammitin Ermənistan paytaxtında keçirilməsi artıq regionun yeni siyasi arxitekturasının simvolik göstəricisinə çevrilmişdir. Avropa Şurasının Prezidenti Antonio Costa açılış nitqində bildirdi ki, bu sammit “Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşma sayəsində mümkün olub” və regionun “transformativ mərhələyə daxil olduğunu” göstərir. Bu bəyanatın siyasi mənası olduqca dərindir. Bir neçə il əvvələ qədər hərbi qarşıdurma və sərhəd gərginliyi ilə assosiasiya olunan Cənubi Qafqaz ; indi Avropa siyasi gündəminin mərkəzi mövzularından birinə çevrilir. Bu isə o deməkdir ki, region artıq yalnız təhlükəsizlik problemi deyil ; həm də geoiqtisadi və geosiyasi imkanlar məkanı kimi qəbul olunur.
Sülh yalnız diplomatik məqsəd deyil ; eyni zamanda siyasi fakt kimi təqdim olunur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çıxışında ən mühüm xətt ondan ibarət idi ki, sülh gələcəkdə əldə ediləcək hüquqi sənəd kimi deyil, artıq yaranmış siyasi reallıq kimi təqdim olunur. Bu yanaşma beynəlxalq auditoriyaya verilmiş açıq mesaj idi. Yəni, Bakı artıq mövcud regional düzəni dünyaya fakt kimi qəbul etdirir. Müşahidələr göstərir ki , Beynəlxalq media da bu yeni reallığı təsdiqləyir.

BBC beynəlxalq İnformasiya Agentliyi öz təhlillərində Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etdiyini qeyd edir. Lakin eyni zamanda Ermənistan-Azərbaycan sülh prosesinin hələ də həssas olaraq qaldığını vurğulayır. Avropa Birliyi rəsmilərinin son açıqlamalarında da “stabillik” anlayışlarının ön plana çıxması diqqət çəkir. Yəni , Qərb artıq regiona münaqişə prizmasından deyil, inteqrasiya prizmasından baxmağa başlayır.

Lakin qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün siyasi reallıq kimi təqdim olunması onun hüquqi və institusional baxımdan tam möhkəmləndiyi anlamına gəlmir. Məhz buna görə də Avropa dairələrində optimizmlə yanaşı ehtiyatlılıq da qalmaqdadır.

İrəvan sammiti Cənubi Qafqazda təkcə diplomatik tədbir deyil, həm də Avropanın regiona dair strateji mövqeyinin nümayişidir.

Sammitin rəsmi gündəliyində nəqliyyat, enerji, rəqəmsal əlaqəlilik və iqtisadi təhlükəsizlik məsələlərinin ön plana çıxması təsadüfi deyil. Avropa Birliyi üçün Cənubi Qafqaz artıq Rusiyadan kənar alternativ enerji və tranzit marşrutlarının mühüm halqasına çevrilir.

Bu kontekstdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən əsas geoiqtisadi qovşaqlardan biri kimi Bakı həm enerji təchizatında, həm də yeni ticarət-logistika marşrutlarının formalaşmasında mərkəzi mövqedədir. Hadisələrin gedişi “Böyük güclərin” davam edən rəqabətnin yeni mərhələyə keçdiyini göstərir.

İrəvandan verilən geosiyasi mesaj isə bundan ibarətdir :

  • Cənubi Qafqazda hərbi qarşıdurmanın yerini artıq təsir uğrunda siyasi-iqtisadi rəqabət alır.
  • Rusiya regionda Avropa fəallığının artmasını öz ənənəvi təsir zonasına müdaxilə kimi görür.

Son illərdə Ermənistanın Qərblə yaxınlaşması, ardınca isə ilk dəfə Avropa Siyasi Şurasının sammitinin İrəvanda keçirilməsi Moskva üçün strateji siqnaldır. Bu, təkcə diplomatik jest deyil, həm də Ermənistanın xarici siyasət müstəvisində manevr imkanlarının genişləndiyini göstərir.

Türkiyə üçün isə proses daha çox iqtisadi-strateji fürsət kimi görünür. Ankara üçün regional normallaşma həm Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşməsi, həm də transkontinental ticarət marşrutlarının genişlənməsi deməkdir.

Hadisələrin indiki inkişafı fonunda regionda yerləşən İran sərhəd və nəqliyyat məsələlərinə həssas yanaşır. Yeni kommunikasiya xətlərinin yaranması Tehranın regional tranzit çəkisinə potensial təsir göstərə bilər.

Avropa ölkələri ilə böyük ticarət maraqları olan Çin üçün isə Cənubi Qafqaz regionunun sabitliyi ilk növbədə iqtisadi məsələdir. Orta Dəhlizin güclənməsi Şərq və Qərb üçün əlavə imkanlar yaradır.

Müşahidələr göstərir ki, ll Qarabağ müharibəsindən sonrakı mərhələdə Cənubi Qafqaz regionunda əsas rəqabət xətti hərbi yox, logistika üzərində qurulur.

Azərbaycanı Naxçıvan ilə birləşdirəcək marşrut artıq sadəcə ikitərəfli nəqliyyat məsələsi deyil. Bu xətt Avrasiya logistik xəritəsinin yenidən qurulması deməkdir. Yəni, Zəngəzur dəhlizi bir tərəfdən ənənəvi şimal marşrutlarına alternativ yaradır, digər tərəfdən isə Orta Dəhlizin real iqtisadi məzmununu artırır. Bu mənada Cənubi Qafqaz artıq yalnız post-münaqişə məkanı deyil – o, həm də Avropa ilə Asiyanı birləşdirən rəqabətli tranzit platformasına çevrilir.

Bu prosesin ən mürəkkəb tərəfi isə Ermənistan daxilində yaşanır. Çünki, Nikol Pashinyan üçün mövcud vəziyyət ikili xarakter daşıyır. Bir tərəfdən regional açılım iqtisadi əlaqələr və Avropa ilə dərinləşən münasibətlər İrəvana yeni imkanlar yaradır. Digər tərəfdən isə daxildə kompromisə qarşı çıxan siyasi qüvvələr bu prosesi Qərbə güzəşt kimi təqdim edir. Məhz buna görə də yaxın dövrdə Ermənistanın daxili siyasi sabitliyi regiondakı sülh dinamikasının vəziyyətindən asılı olacaq.

Nəticə etibarı ilə İlham Əliyevin İrəvandakı videomüraciəti əslində bir neçə paralel mesaj daşıyırdı.

Birincisi, Bakı müharibədən sonrakı geosiyasi düzənin formalaşdığını göstərmək istəyir.

İkincisi, Cənubi Qafqazda əsas rəqabətin bundan sonra hərbi deyil, nəqliyyat, enerji və siyasi təsir vasitələri üzərindən gedəcəyini elan edir.

Üçüncüsü, regionun gələcəyi artıq yalnız Bakı ilə İrəvan arasındakı münasibətlərdən deyil, həm də Avropa Birliyinin Rusiya, Türkiyə, İran və Çin arasındakı strateji rəqabətdən asılı olacaq.

İrəvandan verilən mesajın əsas mənası isə budur: müharibə bitmiş ola bilər, amma böyük geosiyasi oyun indi başlayır.

Müəllif: Qəvami Sadıqbəyli

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Cəmiyyət

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır

No Comment
29 baxış
Manşet

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci”

No Comment
95 baxış
Dünya

Rəsmi Tehran bu ölkələri HƏDƏLƏDİ

No Comment
238 baxış
Gündəm

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

No Comment
415 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026