Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Dünya

Putindən Paşinyana qarşı ŞOK TƏLƏ: 100 minlik PLANDA KİMLƏR VAR?

Xəbərsiz Media
29 May 2026
0

Kreml Rusiyada yaşayan 100 min ermənini Paşinyana əleyhinə səs verməyə göndərmək istəyir.

“Xəbərsiz” xəbər verir ki,bu barədə “Reuters” dörd mənbəyə istinadən məlumat verir.

Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.

Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları – hər birindən göndəriləcək ermənilərin sayını – bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.

Reuters jurnalistləri bu planın həyata keçirildiyini və ya bu sayda seçicinin seçkilərdə əsas namizədlər arasındakı fərqi aradan qaldırmaq üçün kifayət edib-etməyəcəyini müəyyən edə bilməyiblər.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

apa




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.