Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Elm və təhsil

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Xəbərsiz Media
01 İyun 2026
0

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərliyi ilə universitetin nümayəndə heyəti Çin Xalq Respublikasının Cıcian əyalətində yerləşən Hucou Pedaqoji Universitetinə səfər edib.

Görüş zamanı tərəflər arasında ali təhsil, elmi-tədqiqat, akademik mübadilə və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrin yekununda Bakı Slavyan Universiteti ilə Hucou Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

İmzalanan müqavilə iki ali təhsil müəssisəsi arasında tərəfdaşlıq əlaqələrinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə və akademik əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.