Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
DünyaRedaktorun seçimi

TƏCİLİ! Köçəryan ölkədən qaçarkən SAXLANILDI

Xəbərsiz Media
15 İyun 2026
0

Ermənistanda siyasi gərginlik fonunda sabiq prezident Robert Köçaryanla bağlı diqqətçəkən məlumat yayılıb.

“Xəbərsiz” xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçaryanın Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ölkədən çıxışına icazə verilməyib.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Maraqlıdır ki, bir neçə saat əvvəl Köçaryanın ofisi onun üç günlük müddətə ölkədən getdiyini açıqlamışdı. Açıqlamada səfərin şəxsi xarakter daşıdığı qeyd olunurdu.

Lakin daha sonra Ermənistan mediasında yayılan məlumatlarda sabiq prezidentin Zvartnots hava limanında saxlanıldığı və ölkədən çıxışına icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, son günlər Ermənistanda parlament seçkilərinin nəticələri ətrafında ciddi siyasi gərginlik müşahidə olunur. Müxalifət qüvvələri seçkinin nəticələrinə etiraz edir, hakimiyyət isə nəticələrin qanuni olduğunu bildirir.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.