Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Dünya

SEPAH hədələdi: Bölgədə hər şeyi məhv edəcəyik!

Xəbərsiz Media
16 İyul 2026
0

ABŞ Prezidenti Donald Trampın İran infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, ölkənin silahlı qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbə endirəcək.

“Xəbərsiz” xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

“Əgər təhdidlər həyata keçirilərsə, İranın təmkini sayəsində toxunulmaz qalan hər şey, yəni bölgədəki bütün infrastruktur İran silahlı qüvvələrinin güclü zərbələri ilə məhv ediləcək. Nəticədə sanki heç vaxt mövcud olmamış kimi infrastrukturdan əsər-əlamət qalmayacaq”, – deyə bəyanatda bildirilib.

Vurğulanıb ki, Hörmüz boğazı İran üçün qırmızı xəttdir və ölkə ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verməyəcək.

Qeyd edək ki, Tramp ötən gün İranın elektrik enerjisi infrastrukturuna və körpülərə zərbələr endiriləcəyini anons edib.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.