Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
DünyaHərbi

Ermənistan ordusunda şok statistika: Yeddi ayda…

Xəbərsiz Media
24 İyul 2026
0

2026-cı ilin yeddi ayı ərzində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında 30 ölüm halı qeydə alınıb.

“Xəbərsiz” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.
Məlumata əsasən, 30 ölüm halından 11-i rəsmi olaraq hərbi xidmətlə bağlı, 19-u isə hərbi xidmətlə bağlı olmayan hal kimi tanınıb.
Qeyd edilir ki, 2026-cı ildə hərbi qulluqçuların bütün ölüm halları qeyri-döyüş şəraitində baş verib. Cari ildə 30 hərbi qulluqçunun qeyri-döyüş şəraitində ölüm hallarının üçdəbirindən çoxunu (təxminən 37%-ni) intihar və qətl nəticəsində baş verən hallar təşkil edir.
Bununla yanaşı, səkkiz intihar halından altısı və üç qətl halından ikisi hərbi xidmətlə bağlı olan hallardır(Oxu.Az)




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.