Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
CəmiyyətRedaktorun seçimi

Azərbaycanda pensiya yaşı ilə bağlı SON DƏQİQƏ – 70 olur?

Xəbərsiz Media
27 İyul 2026
0

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var.

“Xəbərsiz” xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Deputat bildirib ki, Milli Məclisin deputatları hazırda məzuniyyətdədir, qanunverici orqanın üzvlərinin məzuniyyət dövrü sentyabrda başa çatır: “Sözügedən layihənin parlamentə daxil olması ilə bağlı məlumatım yoxdur.

Ümumiyyətlə, inanmıram ki, belə bir layihə Milli Məclisə təqdim olunsun. Bilirsiniz ki, Azərbaycanda həm kişilər, həm də qadınlar üçün artıq 65 yaş təqaüd yaşı kimi təsdiq edilib. Bu yaşın dəyişdirilə, artırıla biləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar, gedən müzakirələr düzgün deyil. Görünən budur ki, əlavə müzakirələr açmaq üçün kimlərinsə marağına xidmət edir. Heç bir halda həqiqətə uyğun deyil”.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.