SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Cəmiyyət/“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub
Cəmiyyət

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

Xəbərsiz Media
08 Avqust 2026

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Yay Fest 2026”nın 3-7 avqust tarixlərini əhatə edən “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi uğurla başa çatıb.

Şamaxı rayonunda təşkil olunan və festivalın sayca dördüncü düşərgəsinin əsas məqsədi gənclərin müasir şəhərsalma, memarlıq, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və dayanıqlı inkişaf istiqamətlərində bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı düşüncə tərzinin formalaşdırılması, liderlik və komanda ruhunun gücləndirilməsi olub.

Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra gənclər düşərgə ərazisinə yollanaraq onlar üçün hazırlanmış zəngin proqramla tanış olublar.

Düşərgə çərçivəsində müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin iştirakı ilə gənclər üçün “Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik”, “Qayıdışdan gələcəyə: Təhlükəsizlik və davamlı inkişaf”, “AI for Digital City”  və “Ağıllı robotlar, ağıllı gələcək” mövzularında görüşlər keçirilib. Yay Fest iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, müasir şəhərsalma təcrübəsi, mina təhlükəsi,  təhlükəsiz qayıdışın təmin olunması, süni intellektin gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunmasındakı rolu, ağıllı şəhər həlləri, robot texnologiyaları və gələcəyin peşələri barədə məlumat əldə ediblər. Eyni zamanda IDEA İctimai Birliyinin təqdimatında iştirakçılar üçün “Urbanizasiya dövründə ekoloji çağırışlar və innovativ həllər” mövzusunda interaktiv sessiya təşkil olunub. Düşərgə müddətində

Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycanın zəngin tarixi və dövlətçilik ənənələri mövzusunda gənclərlə görüşü də baş tutub.

Maarifləndirici proqramla yanaşı, gənclərin həm əyləncəli, həm də öyrədici zaman keçirməsi üçün “Sənin ideyan: Gələcəyin şəhəri!” ideyatonu, “KOD Qarabağ” intellektual oyunu, “DİRÇƏLİŞ” Urban Art vörkşopu, airsoft taktiki oyunu, Rəsədxana muzeyinə ekskursiya, idman yarışları və komanda quruculuğu fəaliyyətləri təşkil olunub. Yay Fest axşamları gənclərin sevimli mahnılarının ritmində rəqslər və tonqal ətrafında edilən səmimi söhbətlərlə yadda qalıb.

Beləliklə, 5 gün davam edən “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi gənclərin müasir çağırışlara uyğun olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəyin şəhərlərinə dair innovativ baxışlarının formalaşdırılması və gənclərin bir-biri ilə şəbəkələşməsi baxımından uğurla başa çatıb.

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest” 4 sentyabr tarixinədək “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq”, “AI – İdman və sağlamlıq” adlı növbəti düşərgələrlə davam edəcək.

“Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı

No Comment
4 baxış
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

No Comment
5 baxış
Cəmiyyət

Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

No Comment
7 baxış
Cəmiyyət

“Survivor”dakı dəhşətli hadisənin pərdəarxası – İştirakçı Acundan 100 milyon dollar istəyir

No Comment
4 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026