SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Cəmiyyət/Bu şəxslərin əməkhaqları artırılır
CəmiyyətGündəm

Bu şəxslərin əməkhaqları artırılır

Xəbərsiz Media
02 Sentyabr 2026

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.

Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək:

“Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq”.

A.Bayramov həmçinin bildirib ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək və bu da 107 faiz artım deməkdir:

“Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir”.

TƏBİB rəhbəri eyni zamanda qeyd edib ki, yeni islahatla 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək:

“Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir. Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək”.

A.Bayramov vurğulayıb ki, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Dünya

Türk məşhurların villaları uçurulacaq

No Comment
81 baxış
Gündəm

“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı

No Comment
10 baxış
Dünya

Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var

No Comment
81 baxış
Dünya

Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!

No Comment
6 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026