SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
XƏBƏRDARLIQ! – Leysan yağacaq, dolu düşəcək
12 Sentyabr 2026
Ukrayna bu yaşayış məntəqəsini itirdi
12 Sentyabr 2026
Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar
12 Sentyabr 2026
Əsas/Cəmiyyət/Kartınızdan xəbərsiz pul çıxır? – Səbəbini öyrənin
CəmiyyətGündəm

Kartınızdan xəbərsiz pul çıxır? – Səbəbini öyrənin

Xəbərsiz Media
02 Sentyabr 2026

Telefonunuza bankdan bildiriş gəlir: kartınızdan 9,99, 20 və ya 50 manat silinib. Amma nə mağazada alış-veriş etmisiniz, nə də həmin anda onlayn ödəniş etmisiniz. İlk fikir kart məlumatlarının oğurlanması olur. Halbuki kartdan sahibinin gözləmədiyi ödənişlərin arxasında həm unudulmuş abunəlik, həm əvvəllər verilmiş ödəniş icazəsi, həm də real kiberdələduzluq dayana bilər.

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Azərbaycanda nağdsız ödənişlərin gündəlik həyatın adi hissəsinə çevrilməsi kart təhlükəsizliyi məsələsini də daha vacib edib. Kartı bir dəfə hansısa tətbiqə və ya sayta əlavə etdikdən sonra aylar sonra həmin xidmətin yenidən ödəniş tələb edə biləcəyini çox adam nəzərə almır.

Ən çox unudulan səbəb: avtomatik abunəlik

Musiqi və film platformaları, bulud yaddaşı, mobil tətbiqlər, oyunlar və müxtəlif onlayn xidmətlər aylıq və ya illik abunə əsasında işləyir. İstifadəçi bir aylıq sınaq müddətinə qoşulur, kartını əlavə edir və bir müddət sonra bunu unudur. Pulsuz müddət bitdikdə isə xidmət haqqı avtomatik tutulur.

Hətta insan tətbiqi telefondan siləndə abunəliyin də dayandırıldığını düşünə bilər. Halbuki tətbiqi silmək çox vaxt abunəliyi ləğv etmir. Visa-nın abunəliklərin idarə olunması sisteminin təsvirində də kartda saxlanılan təkrarlanan ödənişlərə striminq, çatdırılma xidmətləri, üzvlüklər və kommunal ödənişlər kimi müxtəlif kateqoriyaların daxil olduğu göstərilir. Digər çaşdırıcı məqam çıxarışda görünən şirkət adıdır. Kartdan pul tutan xidmətin bank çıxarışındakı adı istifadəçinin tanıdığı brend adından fərqli ola bilər. Buna görə tanımadığınız əməliyyatı dərhal oğurluq hesab etməzdən əvvəl tarixini, məbləğini və ödənişi qəbul edən tərəfi dəqiqləşdirmək lazımdır.

Bir dəfə kart məlumatını vermək də risk yarada bilər

Daha təhlükəli vəziyyət kart məlumatlarının üçüncü şəxsin əlinə keçməsidir. Bunun üçün kartın fiziki olaraq oğurlanması belə lazım deyil.

Azərbaycan Mərkəzi Bankının sənədlərində “kart təqdim edilmədən” həyata keçirilən fırıldaqçılıq ayrıca kateqoriya kimi göstərilir. Burada kart sahibinin icazəsi olmadan kart məlumatlarından internet, telefon və digər vasitələrlə istifadə edilməsi nəzərdə tutulur. Hesab və kart məlumatlarının saxta sayt, saxta tətbiq, zərərli proqram və özünü bank əməkdaşı kimi təqdim edən şəxslər vasitəsilə ələ keçirilməsi də ayrıca təsvir edilir. Beləliklə, kart cibinizdə ola-ola hesabınızdakı pul risk altında qala bilər.

Azərbaycanda ən aktual təhlükələrdən biri saxta linklərdir

Elektron Təhlükəsizlik Xidməti (ETX) 2026-cı ildə vətəndaşlara sosial şəbəkələrdə “cərimənin ödənilməsi”, “cəriməyə endirim” və oxşar məzmunla yayılan saxta səhifələr barədə xəbərdarlıq edib. Bu səhifələrin bəzi hallarda dövlət platformalarını təqlid edərək kart və şəxsi məlumatları ələ keçirməyə çalışdığı bildirilib.

Başqa bir real nümunə “Azərpoçt” adından göndərilən saxta SMS-lərdir. ETX 2026-cı ilin mayında istifadəçilərin saxta internet səhifəsinə yönləndirildiyini və burada maliyyə məlumatlarının ələ keçirilməsinə cəhd göstərildiyini açıqlayıb.

Sxem adətən sadədir: “bağlamanız çatdırılmadı”, “borcunuz var”, “hesabınız bloklanacaq” və ya “endirim əldə edin” kimi mesaj gəlir. İstifadəçi linkə keçir və qarşısına rəsmi sayta çox oxşayan səhifə çıxır. Kart nömrəsi, son istifadə tarixi və CVV daxil edildikdən sonra məlumat artıq cinayətkarın əlinə keçə bilər.

ETX həmçinin OTP və 3D Secure təsdiq kodlarının tanımadığınız şəxslərə verilməməsini tövsiyə edir.

Bankomat da təhlükə mənbəyi ola bilər

Daha köhnə, lakin hələ də mümkün üsullardan biri “skimming”dir. Bankomatın kart yuvasına xüsusi qurğu yerləşdirilir və kartın məlumatları oxunur. Gizli kamera və ya saxta klaviatura vasitəsilə PIN kodun əldə edilməsi də mümkündür. ETX belə hallardan qorunmaq üçün bankomatın kart yuvasını və klaviaturasını yoxlamağı, PIN daxil edilərkən klaviaturanı əllə örtməyi tövsiyə edir.

Kartdan naməlum pul çıxıbsa, nə etmək lazımdır?

Ən böyük səhv “bəlkə sonra aydınlaşar” deyərək gözləməkdir. Əvvəlcə bank tətbiqindən kartı müvəqqəti bloklamaq, sonra əməliyyatın tarixini, məbləğini və qarşı tərəfin adını yoxlamaq lazımdır. Abunəliklər və əvvəlki onlayn alışlar nəzərdən keçirilməlidir.

Əməliyyat həqiqətən sizə aid deyilsə, dərhal kartı verən bankla əlaqə saxlamaq lazımdır. Azərbaycanda bankların mübahisəli kart əməliyyatlarının araşdırılması və müəyyən hallarda “chargeback” prosedurunun başlanması mexanizmləri mövcuddur. Məsələn, Bank of Baku öz qaydalarında müştərinin ona aid olmayan əməliyyat barədə müraciətindən sonra əməliyyatın xarakterindən asılı olaraq “chargeback” proseduruna başlanıldığını bildirir.

Ən yaxşı müdafiə isə pul çıxdıqdan sonra deyil, əvvəl başlayır. Kart əməliyyatları üçün bildirişləri aktiv saxlamaq, internet alışları üçün ayrıca kartdan istifadə etmək, kart məlumatlarını brauzerdə və şübhəli saytlarda saxlamamaq, limitlər müəyyənləşdirmək və hesabdakı əməliyyatları mütəmadi yoxlamaq riski əhəmiyyətli dərəcədə azalda bilər.

Kartınızdan xəbərsiz çıxılan bir neçə manat bəzən sadəcə unudulmuş abunəlikdir. Amma həmin kiçik məbləğ kart məlumatlarının başqa şəxsin əlinə keçdiyinin ilk əlaməti də ola bilər. Buna görə tanımadığınız hər əməliyyat yoxlanılmalıdır.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hava12 Sentyabr 2026

XƏBƏRDARLIQ! - Leysan yağacaq, dolu düşəcək

Dünya12 Sentyabr 2026
Ukrayna bu yaşayış məntəqəsini itirdi
Cəmiyyət12 Sentyabr 2026
Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar
Dünya12 Sentyabr 2026
Rusiyada təyyarə evin bağçasına düşdü – Ölənlər va
Cəmiyyət12 Sentyabr 2026
Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir
Baxış bucağı12 Sentyabr 2026

Paşinyan Ermənistanı xilas edə biləcək? - Putinlə görüş həlledici olacaq

Cəmiyyət12 Sentyabr 2026
Gecə yatarkən bunu etməyin – Ürəyiniz üçün təhlükəli ola bilər
Cəmiyyət12 Sentyabr 2026
Hər evdə var, amma bu təsirini çoxları bilmir
Cəmiyyət12 Sentyabr 2026
Ayın 13-də 33 dərəcə isti olacaq – Proqnoz
Dünya12 Sentyabr 2026
Sinoptikdən anomal isti qış xəbərdarlığı

Həmçinin oxu

Dünya

Ukrayna bu yaşayış məntəqəsini itirdi

No Comment
3 baxış
Cəmiyyət

Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar

No Comment
8 baxış
Cəmiyyət

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir

No Comment
1 baxış
Cəmiyyət

Gecə yatarkən bunu etməyin – Ürəyiniz üçün təhlükəli ola bilər

No Comment
2 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Ukrayna bu yaşayış məntəqəsini itirdi
Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar
Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
Azərbaycan nefti BAHALAŞDI

Bölmələr üzrə

Baxış bucağı 814
Cəmiyyət 2471
Dünya 1430
Elm və təhsil 389
Gündəm 1715

Bütün müəllif hüquqları qorunur - 2026