SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Dünya xəritəsi dəyişir – Tarixi qərar
05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
05 Sentyabr 2026
Əsas/Cəmiyyət/Estetik və plastik əməliyyatlara qadağa gəlir?
CəmiyyətGündəmSəhiyyə

Estetik və plastik əməliyyatlara qadağa gəlir?

Xəbərsiz Media
03 Sentyabr 2026

Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulacağı haqda xəbər yayılıb. Məlumatı Vətəninfo.az saytı yayıb. Xəbərdə bildirilir ki, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsinə ciddi məhdudiyyətlər gətirilib. Bundan sonra ümumi cərrahlar heç bir estetik və plastik əməliyyat həyata keçirə bilməyəcək və bu sahədə onların fəaliyyəti tamamilə qadağan olunacaq.

Sayt yazır ki, bu qərara qədər ümumi cərrahların müəyyən şərtlər daxilində və xüsusi hazırlıq keçməklə yerinə yetirə bildikləri bəzi plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları mövcud idi. Lakin yeni qaydalara əsasən, həmin əməliyyatların da ümumi cərrahlar tərəfindən icrasına son qoyulur. Mənbənin iddiasına görə, aşağıda adları çəkilən və vaxtilə (əgər törəmə səbəbindən aparılarsa, həmçinin 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən icra edilə bilən) müəyyən istisnalarla ümumi cərrahların edə bildiyi bütün bu əməliyyatlar bundan sonra ümumi cərrahlar üçün qəti şəkildə qadağan olunur:

Qeyd edək ki, indiyə qədər yalnız xüsusi hazırlıq keçmiş cərrahların icra etməsinə icazə verilən bu növ müdaxilələr artıq ümumi cərrahiyyə ixtisasının səlahiyyətlərindən tamamilə çıxarılır.

Bəs Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulsunmu?

Bununla bağlı professor Adil Qeybulla Musavat.com-a danışıb. O qeyd edib ki, estetik və plastik əməliyyatlara meyl cəmiyyətdə hiss olunan bir sosial sifarişdən qaynaqlanır: “İnsanlar sanki bir-biri ilə bəhsə girir, bir-birini nümunə götürür və ya müəyyən komplekslər yaşadıqları üçün estetik əməliyyatlara üz tuturlar”.

Onun sözlərinə görə, xaricdə isə vəziyyət belə deyil: “Məsələn, dünyanın heç bir yerində kütləvi rinoplastika əməliyyatları ilə qarşılaşmırsınız. Xaricdə küçədə gəzərkən çox az insanda rinoplastika və ya digər estetik əməliyyatların izlərini görərsiniz. Çünki orada estetik əməliyyatlara, əsasən, ciddi və tibbi baxımdan əsaslandırılmış narahatlıqlar olduqda müraciət edilir. Məsələn, burnun kəskin deviasiyası, xarici burunda və burun çəpərində ciddi problemlər, üzdə müəyyən qüsurların olması, sifətə ciddi deformasiya və ya eybəcərlik gətirən hallar, süd vəzilərinin ölçülərinin ciddi şəkildə fərqlənməsi və digər bu kimi vəziyyətlər estetik və ya rekonstruktiv əməliyyatlara göstəriş hesab oluna bilər”.

Adil Qeybulla deyib ki, bizdə bəzən bu göstərişlər insanların sadəcə daha gözəl görünmək istəyindən irəli gəlir: “Nəticədə insanlar bir-birinə oxşamağa başlayırlar. Xüsusilə də qadınlar arasında bunu daha çox müşahidə etmək mümkündür”.

Adil Qeybulla hesab edir ki, burada əsas problemlərdən biri klinik protokolların və ciddi qaydaların yetərincə tətbiq olunmamasıdır: “Məsələn, xəstəyə liposaksiya edilir, bədəndən bir neçə litr piy toxuması çıxarılır, daha sonra abdominoplastika və ya konturplastika həyata keçirilir. Bu əməliyyatların ard-arda aparılması nəticəsində xəstədə ciddi elektrolit və maye çatışmazlığı yarana bilər. Əgər belə xəstələr lazımi müddətdə müşahidə altında saxlanılmadan, bir-iki gün sonra evə buraxılırsa, dehidrasiya və elektrolit balansının pozulması kimi ağırlaşmalar baş verə, hətta ölümə səbəb ola bilər. Məsələn, yaxın vaxtlarda üç uşaq anasının belə bir əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı hadisə də cəmiyyətdə ciddi narahatlıq yaratdı. Çox vaxt belə xəstələrin əməliyyatdan əvvəl lazımi səviyyədə müayinə və qiymətləndirilmədiyini də görürük. Ona görə də hesab edirəm ki, estetik əməliyyatlara müəyyən sərhədlər qoyulmalıdır”.

Professor vurğulayıb ki, eyni zamanda, cəmiyyətdə ciddi maarifləndirmə işi aparılmalıdır: “İnsanlar psixoloqdan keçməlidirlər. Psixoloq qiymətləndirməlidir ki, şəxsin həqiqətən bu əməliyyata ehtiyacı varmı, yoxsa qərar hər hansı kompleksin, sosial təzyiqin və ya ətrafdakı insanlara bənzəmək istəyinin nəticəsidir. Bəzi hallarda isə insanı bu əməliyyata ehtiyac olmadığına inandırmaq belə lazım gəlir. Xaricdə də bu məsələlərə daha sistemli yanaşılır. Bir də çalışmalıyıq ki, millət olaraq insanları xarici görünüşümüzlə deyil, intellektimizlə təəccübləndirək. Məncə, bizim üçün əsas motivasiya və kompleks də bu olmalıdır. Əgər belə bir yanaşma formalaşsa, düşünürəm ki, zamanla estetik əməliyyatlara olan bu həddindən artıq meyl də dəyişə bilər”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya05 Sentyabr 2026
Dünya xəritəsi dəyişir – Tarixi qərar
Dünya05 Sentyabr 2026
Türk məşhurların villaları uçurulacaq
Gündəm05 Sentyabr 2026
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Dünya05 Sentyabr 2026
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
Dünya05 Sentyabr 2026
Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
Dünya05 Sentyabr 2026
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı
Cəmiyyət05 Sentyabr 2026
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı
Gündəm05 Sentyabr 2026
“Betis” “Real”a belə söz atdı
Cəmiyyət05 Sentyabr 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
Cəmiyyət05 Sentyabr 2026
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verildi

Həmçinin oxu

Dünya

Türk məşhurların villaları uçurulacaq

No Comment
65 baxış
Gündəm

“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı

No Comment
9 baxış
Dünya

Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var

No Comment
65 baxış
Dünya

Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!

No Comment
5 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Türk məşhurların villaları uçurulacaq
“Euronews” “Nexta”nın Azərbaycandakı yanğına ziddiyyətli yanaşmasından yazdı
Taiz raketlə vuruldu – Xeyli sayda ölən və yaralanan var
İqtisadiyyat
Azərbaycan nefti BAHALAŞDI
Avro və rubl ucuzlaşdı – Yeni Məzənnə
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2382
Dünya 1380
Elm və təhsil 388
Gündəm 1584

Bütün müəllif hüquqları qorunur - 2026