Bu gün Yasamal rayonu 39 nömrəli poliklinikada onlayn sistem çöküb.
Bu barədə Medicina.az -a vətəndaşlar xəbər veriblər.
Qeyd olunur ki, sistemin işləməməsi səbəbindən sakinlər saatlarla növbədə qalıblar.
“Səhər 9-dan poliklinikaya gəlmişik, amma sistem işləmir. Uşaqlı gələnlər, yaşlılar hamısı saatlarla ayaqüstə növbədə qalıblar. 1 saat növbədə durub çek aldım, sonra “uzi”yə yaxınlaşanda deyir “sistem dayanıb, pasiyenti qəbul etmirik”. Belə şey olar?! Xidməti yaxşılaşdırmaqdansa, daha da bərbad edirlər”, – deyə şikayətçi bildirib.

