Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
“Xəbərsiz” xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Rəsul Rasim oğlu Əliyevə
polkovnik Elçin Rəhim oğlu Abdullayevə
polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





