Moldova Prezidenti Maia Sandu Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşü barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Xəbərsiz” bildirir ki, Sandu İlham Əliyevi təbrik etdiyini bildirib.
“Kopenhagen Sammiti çərçivəsində mən Azərbaycan prezidentini Ermənistanla sülhə nail olmaq üçün atılan və ABŞ prezidenti tərəfindən dəstəklənən mühüm addımlar münasibətilə təbrik etdim”.
“Biz həmçinin Moldova ilə Azərbaycan arasında iqtisadi əlaqələrin hər iki ölkəmizin mənafeyi naminə gücləndirilməsini müzakirə etdik”, – deyə Moldova Prezidenti əlavə edib.
Əli Hacı
