2025-ci ildə dünyada 445 mindən çox insan ağcaqanaddan keçən çikunqunya virusuna yoluxub və onlardan 155 nəfəri ölüb.
“Xəbərsiz” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Belə ki, virus hazırda dünyanın 27 ölkəsində intensiv şəkildə yayılır.
Təşkilat qeyd edib ki, bu virusun yayılmasına, digər amillərlə yanaşı, nəqliyyatla daşınması, iqlim dəyişikliyi, planlaşdırılmamış urbanizasiya, zəif su ehtiyatlarının idarə edilməsi və zəifləmiş vektor nəzarəti səbəbindən Aedes ağcaqanadlarının genişlənməsi səbəb olur.
Qeyd edək ki, çikunqunya qızdırması insanlara qansoran həşəratların dişləməsi ilə keçən viral infeksiyadır.
Virusa yoluxma daha çox Afrika və Asiya ölkələrində qeydə alınıb.
İntiqam İsa
