2025/2026-cı tədris ilində Küveyt Dövlətinin ayırdığı təqaüd proqramı çərçivəsində 7 nəfər Azərbaycan Respublikası vətəndaşı Küveyt Universitetində təhsil almaq hüququ qazanıb.
Bu barədə Xəbərsiz-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, təqaüd çərçivəsində tələbələrin təhsil, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt Dövləti tərəfindən ödəniləcək.
