Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
DünyaManşet

Türklərə güzəşt – Viza rüsumu ləğv edildi

Xəbərsiz Media
27 May 2026
0

Şengen vizası almaq çətin olsa da, dünyanın bir çox ölkəsində Türkiyə vətəndaşlarına münasibətdə viza prosesi xeyli sadələşdirilib. Son rəsmi qərar Cənubi Asiyanın ən populyar turizm mərkəzlərindən biri olan Şri-Lankadan gəlib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuatın yaydığına görə, ada dövləti türk pasportu olan vətəndaşlar üçün yeni qaydalar tətbiq edərək səyahət şərtlərini rəsmən sadələşdirib.

Qərara əsasən, Şri-Lanka hökuməti Türkiyə vətəndaşlarından tələb olunan 50 dollarlıq turistik ETA (Elektron Səyahət İzni) rüsumunu tamamilə ləğv edib. Bu addım təkcə maddi qənaət təmin etmir, həm də hava limanlarındakı pasport nəzarət məntəqələrində yaşanan bürokratik gözləmə müddətlərini və növbələri minimuma endirir.

Şri-Lankanın bu qərarı ilə birlikdə, Türkiyə vətəndaşlarının tam vizasız, qapıda viza və ya e-viza ilə daxil ola bildiyi ölkələrin sayı qlobal miqyasda 100-ü ötüb. Hazırda Türkiyə vətəndaşları Yaponiya, Cənubi Koreya, Braziliya, Serbiya kimi onlarla ölkəyə vizasız gedə bilirlər.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.