Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda baş tutan parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası qalib gəlib.
“Xəbərsiz” xəbər verir ki, hazırkı nəticələrə görə, Ermənistan parlamentində 3 siyasi qüvvə olacaq: Mülki Müqavilə, Güclü Ermənistan və “Ermənistan” bloku.
Mandatlar aşağıdakı kimi paylanacaq:
Mülki Müqavilə (Nikol Paşinyanın partiyası) – 64 mandat
Güclü Ermənistan (Rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) – 29 mandat
“Ermənistan” bloku (Robert Köçəryanın bloku) – 12 mandat.
Qagik Çarukyanın Çiçəklənən Ermənistan Partiyası 3.99 faiz səs toplayaraq parlamentdən kənarda qalıb.
Qeyd edək ki, daha öncə Çiçəklənən Ermənistan Partiyasının 5, Mülki Müqavilə Partiyasının 61, Güclü Ermənistanın 28, “Ermənistan” blokunun 11 mandat qazandığı bildirilmişdi.







