Məzmuna keç

Fransada prezident seçkiləri keçiriləcək – TARİX AÇIQLANDI

Fransada 2027-ci il prezident seçkilərinin birinci turunun aprelin 18-də, ikinci turunun isə mayın 2-də keçirilməsi planlaşdırılır.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Ouest-France qəzeti məlumat yayıb.

Fransa Konstitusiyasına əsasən, prezident seçkilərinin birinci turu fəaliyyət göstərən dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına 35–20 gün qalmış keçirilməlidir.

Hazırkı prezidentin mandatı gələn il mayın 14-də başa çatdığı üçün qanuni müddət 9–24 aprel tarixlərini əhatə edir.

Hökumət tərəfindən bu məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.