“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
29 İyul 2026
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
29 İyul 2026
Paşinyanın arvadı müraciət etdi: Həyatım təhlükədədir!
28 İyul 2026
Əsas/Elm və təhsil/Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 
Elm və təhsil

Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 

Xəbərsiz Media
28 İyul 2026

Ali təhsil müəssisələrinə qəbul prosesi yaxınlaşdıqca, abituriyentləri düşündürən əsas məsələlərdən biri də universitet seçimidir. Bu mərhələdə namizədlər təkcə topladıqları bala uyğun ali təhsil müəssisəsini deyil, həm də gələcək peşə və karyera yolunu müəyyən edəcək mühüm qərar verməli olurlar. Son illər universitetlərin beynəlxalq və yerli reytinqləri, nüfuzu, diplomun tanınması kimi amillər seçimdə daha çox ön plana çıxsa da, ixtisasın tədris keyfiyyəti, akademik heyət, təcrübə imkanları və məzunların əmək bazarındakı uğurları kimi meyarların da az əhəmiyyət daşımadığı vurğulanır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, abituriyent universitet seçərkən həm beynəlxalq, həm də yerli reytinqləri mütləq nəzərə almalıdır.

“Xüsusilə beynəlxalq reytinqlərdə yer almaq vacib amildir. Çünki abituriyent gələcəkdə təhsilini xaricdə davam etdirmək istədiyi halda, bitirdiyi ali təhsil müəssisəsi qəbul prosesində rol oynayan əsas elementlərdən biri olur. Bu baxımdan universitet seçərkən beynəlxalq reytinqlər nəzərə alınmalıdır. Bununla yanaşı, ixtisasın və universitetin tədris keyfiyyəti də əsas meyarlardandır”.

Ekspert qeyd edib ki, eyni ixtisas bir neçə universitetdə tədris olunursa, həmin ixtisasın daha əvvəl tədris edildiyi ali təhsil müəssisəsinə üstünlük verilməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, belə universitetlər həmin istiqamət üzrə artıq maddi-texniki baza və infrastruktur formalaşdırdığı üçün daha keyfiyyətli tədris imkanlarına malik olur:

“Son illərdəki müşahidələrimizə görə, bir çox gənc universitet seçərkən ali təhsil müəssisəsinin nüfuzuna da üstünlük verir. Xüsusilə yüksək bal toplayan abituriyentlər daha perspektivli və prestijli universitetləri seçirlər. Buna misal olaraq Bakı Ali Neft Məktəbini, ADA Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) və özəl ali təhsil müəssisələri arasında Xəzər Universitetini göstərmək olar. Abituriyentlərin bu universitetlərə üstünlük verməsinin əsas səbəbi onların beynəlxalq reytinqlərdə tanınması və yüksək tədris keyfiyyətinə malik olmasıdır. Bu seçim gələcək karyera baxımından da uğurlu nəticələr verir”, – deyə E.Əfəndi qeyd edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm29 İyul 2026

Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı

Siyasət29 İyul 2026

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Dünya28 İyul 2026

Paşinyanın arvadı müraciət etdi: Həyatım təhlükədədir!

Dünya28 İyul 2026

Tramp İranı hədələdi: “Bu dağı vuracağıq!”

Gündəm28 İyul 2026

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti

Manşet28 İyul 2026

Vladimir Putin İlham Əliyevə zəng edib 

İqtisadiyyat28 İyul 2026

Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!

Dünya28 İyul 2026

Hicab və saqqal saxlayanlar CƏRİMƏLƏNƏCƏK – ŞOK QƏRAR

Elm və təhsil28 İyul 2026

Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 

Dünya28 İyul 2026

Bu qadın Putinin kabusuna çevrildi

Həmçinin oxu

Elm və təhsil

Abituriyentlərin nəzərinə: Universitet seçərkən bu səhvi etməyin! 

No Comment
66 baxış
Elm və təhsil

Keçid balı 150, maaşı 3 min manatdır...

No Comment
2.2K baxış
Elm və təhsil

DİM bu imtahaların nəticələrini elan etdi

No Comment
87 baxış
Elm və təhsil

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

No Comment
3.1K baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı – 200 minlik yeyinti
Qorxunc müharibə sərhədlərimizə çatdı – ŞOK ssenari
İqtisadiyyat
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2179
Dünya 1252
Elm və təhsil 376
Gündəm 1269

Bütün müəllif hüquqları qorunur - 2026