ABŞ-da kilsədə atışma olub.
“Xəbərsiz” xəbər verir ki, Miçiqan ştatında Mormon kilsəsində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.
Xəbəri Grand Blanc polis rəisi Uilyam Reyni təsdiqləyib.
Rainey əlavə edib ki, cinayəti törədən 40 yaşlı Tomas Ceykob Sanford atışma başlayandan 8 dəqiqə sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.
