Vaşinqton həddindən artıq tələblərinə sadiq qaldığı müddətcə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək.
“Xəbərsiz” bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
Əraqçi vurğulayıb ki, Amerikalılar öz acgöz siyasətlərindən əl çəkməsələr və əsassız tələblər irəli sürməyə son qoymasalar, biz danışıqlar masasına qayıtmayacağıq.
O, ötən ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən müzakirələr də daxil olmaqla əvvəlki müzakirələrin ABŞ-ın həddindən artıq gözləntiləri səbəbindən dayandırıldığını və heç bir irəliləyiş əldə etmədiyini qeyd edib.
Səma Sevyarlı
