Rusiya ABŞ-la tam münasibətlərin bərpası da daxil olmaqla, öz milli maraqlarını rəhbər tutmaq hüququnu özündə saxlayır.
“Xəbərsiz” bildirir ki, Rusiya prezidenti Vladimir Putin Valday konfransının plenar iclasında çıxışı zamanı deyib.
“Biz görürük ki, ABŞ-ın hazırkı administrasiyası əsasən öz ölkəsinin maraqlarını anlayır, onları rəhbər tutur”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, bu, rasional yanaşmadır.
Putin qeyd edib ki, Rusiyanın da öz milli maraqlarını rəhbər tutmaq hüququ var. O, onların sırasına ABŞ-la tam münasibətlərin bərpasını da daxil edib.
Əli Hacı
