ABŞ ölkədə uranı zənginləşdirmək üçün şirkətlərə 2,7 milyard dollar ayırıb
ABŞ Energetika Nazirliyi ölkədə uran zənginləşdirmə potensialını inkişaf etdirmək üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar ayırıb.
“Xəbərsiz” bildirir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Sənəddə deyilir ki, vəsait “növbəti 10 il ərzində ölkədə uranın zənginləşdirilməsi potensialının inkişaf etdirilməsi üçün” ayrılıb. ABŞ hakimiyyəti ümid edir ki, bu, “enerji təhlükəsizliyini gücləndirməyə və xarici təchizatçılardan asılılığı azaltmağa” imkan verəcək.
ABŞ-nin “American Centrifuge Operating” və “General Matter” şirkətləri, eləcə də Fransanın “Orano” şirkətinin ABŞ-dəkı törəmə şirkəti olan “Orano Federal Services” ABŞ Energetika Nazirliyindən müvafiq olaraq 900 milyon dollar dəyərində sifariş alıb.
ABŞ-nin Enerji Katibi Kris Rayt bildirib ki, Vaşinqton administrasiyası “həm mövcud, həm də perspektivli nüvə reaktorlarının işləməsini təmin edəcək etibarlı nüvə yanacağı təchizatı zəncirlərini bərpa etməyə” çalışır.
Xəbərsiz





