ABŞ - Venesuela gərginliyi: beynəlxalq reaksiyalar genişlənir
ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxilədən sonra dünya siyasi arenasında mövzu ilə bağlı sərt bəyanatlar və qarşılıqlı çağırışlar artmaqdadır. Bir sıra dövlət və hökumət başçıları baş verənlərlə bağlı mövqelərini açıqlayıb.
“Xəbərsiz” beynəlxalq gündəmdə önə çıxan əsas reaksiyaları təqdim edir:
Kolumbiya Prezidenti bildirib ki, “Venesuela, Kolumbiya və bütün Latın Amerikası xalqları baş verənlərə etiraz olaraq küçələrə çıxmalıdır”.
Çin rəsmiləri Venesuela Prezidenti Nikolas Maduronun dərhal azadlığa buraxılmasını tələb ediblər.
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı yeni hərbi zərbələrin mümkünlüyünü istisna etməyərək, “Biz bu prosesdə məsuliyyət daşıyırıq” deyə bildirib.
Kolumbiya Prezidenti ABŞ-nin addımlarını tənqid edərək, “Dostlar bir-birinə bomba atmır” ifadəsini işlədib.
Venesuela vitse-prezidenti Delsi Rodriges ölkənin müvəqqəti prezidenti kimi vəzifəsinin icrasına başladığını açıqlayıb və ABŞ Prezidenti Donald Trampı əməkdaşlığa çağırıb.
Donald Tramp çıxışlarından birində Kubaya da toxunaraq, “Kuba öz-özünə çökəcək” deyə bəyan edib.
ABŞ Prezidenti eyni zamanda, “Bizə Qrenlandiya mütləq lazımdır” açıqlaması ilə beynəlxalq müzakirələrə səbəb olub.
Danimarkanın Baş naziri bu bəyanata sərt reaksiya verərək, “Bizi təhdid etməyi dayandırın” çağırışı edib.
Donald Tramp Kolumbiyaya qarşı hərbi əməliyyat ehtimalını da dilə gətirərək, “Bu, mənə yaxşı gəlir” ifadəsini işlədib.
Məlumata görə, həbs olunmuş Venesuela Prezidenti Nikolas Maduro bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq.
Beynəlxalq ictimaiyyət hadisələrin daha da gərginləşməsindən narahatdır və diplomatik həll yollarının tapılmasına çağırışlar davam edir.
Ziyafət Əlisoy





