ABŞ İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəsə nəzarət etmək və girovları azad etmək üçün missiya çərçivəsində xüsusi koordinasiya mərkəzi yaradacaq.
“Xəbərsiz” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, koordinasiya mərkəzinə nəqliyyat, planlaşdırma, təhlükəsizlik, logistika və mühəndislik sahələrində təcrübəyə malik 200-ə yaxın hərbçi cəlb olunacaq.
Mənbənin sözlərinə görə, Amerika qoşunları dərhal Qəzza zolağına yerləşdirilməyəcək.
Şəxsi heyətin atəşkəs razılaşmasının icrasına və Qəzzada mülki hökumətə keçidə nəzarət etməyə kömək edəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, qoşunlar təkcə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) deyil, digər hərbi birləşmələrdən də göndəriləcək. Onlar artıq mərkəzin yaradılması üzrə işlərə başlamaq üçün bölgəyə gəlirlər.
Əli Hacı
