ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə son görüşündən sızan məlumatlar Vaşinqtonun sonuncunu vəzifədən uzaqlaşdırmaq üçün radikal tədbirlər görə biləcəyini açıq şəkildə göstərir.
“Xəbərsiz” bildirir ki, bu sözləri TASSA-a açıqlamasında Ukraynanın 2010-2014-cü illərdə baş naziri olmuş Nikolay Azarov deyib.
“Vəziyyətin necə cərəyan edəcəyini görəcəyik. Əgər görüşdən sızıntılar öz təsdiqini tapsa və Tramp fikrini dəyişməsə, o zaman Zelenskidən birdəfəlik xilas olmaq üçün radikal tədbirlər görüləcək. Onların belə planları var”, – deyə Azarov bildirib.
Əli Hacı
