Aİ-nin yeni sanksiyaları Avropa İttifaqı ölkələrindən Rusiyaya turist səyahətinə təsir etməyəcək, çünki qrup turizmi artıq ləğv edilib.
“Xəbərsiz” xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi yeni sanksiyalar paketini şərh edərkən bildirib.
“Bu, Rusiyadan Aİ ölkələrinə turizm ixracına təsir etməyəcək, çünki Aİ-dən qrup turizmi 2021-ci ildən ləğv edilib. Ona görə də o vaxtdan turizm agentlikləri böyük qruplar göndərmir. Gələnlərin hamısı fərdi turistlərdir”, – deyə nazirlik qeyd edib.
Əli Hacı
