“Rusiya təqribən iki dəfə çox artilleriya mərmisindən istifadə edir və biz bunu dəqiqliklə, kəşfiyyat və mühüm obyektləri vurmaqla kompensasiya edirik”.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski deyib.
O bildirib ki, cəbhədə hər gün orta hesabla 160-190 döyüş toqquşması olur:
“Bu, ilk növbədə təşəbbüsdən əl çəkməməyə, eləcə də əsas səyləri problemli sahələrə yönəltməklə qüvvə və resursları manevr etməyə imkan verir. Düşmən (Rusiya tərəfi – red.) əsas istiqamətlərdə, xüsusən də Pokrovskoye və Dobropolskoye istiqamətlərində irəliləməkdə davam edir. Limanskoye və Novopavlovskoye istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Digər istiqamətlərdə isə vəziyyət aşağı intensiv döyüşlərlə xarakterizə olunur. Ümumiyyətlə, vəziyyət bizim nəzarətimizdədir”.
Əli Hacı
