Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
İdmanManşet

“Allahdan başqa ilah yoxdur…” – FİFA bu yazıya görə protokolu dəyişdirdi

Xəbərsiz Media
16 İyun 2026
0

Futbol üzrə Dünya Çempionatının H qrupunda keçirilən və 1:1 hesabı ilə başa çatan Səudiyyə Ərəbistanı – Uruqvay matçından əvvəl maraqlı hadisə yaşanıb.

“Xəbərsiz” savashmedia.az-a istinadla xəbər verir ki, FIFA-nın ənənəvi protokoluna uyğun olaraq milli bayraqların meydançaya sərilməsi əvəzinə, bu dəfə bayraqlar könüllülər tərəfindən əllərdə saxlanılıb.

Buna səbəb Səudiyyə Ərəbistanının bayrağında yer alan kəlmeyi-şəhadət (“Allahdan başqa ilah yoxdur, Məhəmməd onun rəsuludur”) ifadəsinin yerə qoyulmasına etiraz edilməsi olub.

Səudiyyə Ərəbistanı uzun illərdir dini məzmun daşıyan bayrağının yerə toxunmasına və ya hörmətsiz hesab edilə biləcək formada istifadəsinə qarşı çıxır. Bu səbəbdən beynəlxalq tədbirlərdə ölkənin bayrağı ilə bağlı xüsusi yanaşmaların tətbiq olunduğu hallar yaşanıb.

FIFA hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, görüntülər futbol ictimaiyyətində müzakirələrə səbəb olub.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.