Almaniyada mütəşəkkil cinayətkarlığın miqyası yüksək səviyyədə qalır.
“Xəbərsiz” xəbər verir ki ,bu barədə federal daxili işlər naziri Aleksandr Dobrindt (CSU) və Federal Kriminal Polis İdarəsinin (BKA) prezidenti Holger Münx Visbadendə keçirdiyi mətbuat konfransında bildiriblər.
BKA-nın məlumatına görə, ötən il 647 araşdırma başlanıb. Bu, əvvəlki illə müqayisədə beş nəfər çoxdur və son on ildə ikinci ən yüksək rəqəmdir.
Bildirilib ki, mütəşəkkil cinayətkarlıq cinayətlərinin əksəriyyəti narkotiklərlə əlaqəli cinayətlər olub.
Vergi və gömrük cinayətləri (63)
İnsan alveri (58)
Mülkiyyət cinayətləri (47)
Dobrindt Almaniyada “kütləvi narkotik problemi” barədə xəbərdarlıq edib.
“Ölkəmizdə həm narkotiklərlə əlaqəli cinayətlər, həm də mütəşəkkil cinayətkarlıqla bağlı xəbərdarlıq səviyyəsi yüksək olaraq qalır”, – deyə o, bildirib.
Əli Hacı
