Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) idman gimnastikası üzrə rusiyalı olimpiya çempionu Ancelina Melnikovanı “İlin idmançısı” mükafatına namizədlər sırasına daxil edib.
“Xəbərsiz” xəbər verir ki, mükafat uğrunda müxtəlif sahələrdən olan 52 idmançı mübarizə aparır və səsvermə dekabrın 29-dək davam edəcək.
Qeyd edək ki, 2025-ci ildə Melnikova dörd ildən sonra ilk dəfə dünya çempionatında iştirak edib. O, fərdi çoxnövçülükdə və tullanmada qızıl, qeyri-bərabər barmaqlıqlarda isə gümüş medal qazanıb.
Bundan əvvəl Melnikovanın Avropa Gimnastika Konqresindəki çıxışı da dərc edilmişdi.
Xəbərsiz

















