“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi – TƏCİLİ
SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu
09 Avqust 2026
Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu
09 Avqust 2026
Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir
09 Avqust 2026
Əsas/Cəmiyyət/Anomal istilər gəlir - Bu saatlarda çölə çıxmayın 
Cəmiyyət

Anomal istilər gəlir - Bu saatlarda çölə çıxmayın 

Xəbərsiz Media
05 İyun 2026

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

Bəs yüksək temperaturun insan sağlamlığına təsiri nədən ibarətdir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

“Xəbərsiz” xəbər verir ki,mövzu ilə bağlı Demokrat.az-a danışan professor Adil Qeybulla bildirib ki, dünyada müşahidə olunan iqlim dəyişiklikləri artıq hər bir ölkədə hiss olunur və insanlar yeni hava şəraitinə uyğunlaşmağa məcburdurlar.

Onun sözlərinə görə, qlobal istiləşmənin əsas səbəblərindən biri insan fəaliyyətinin ətraf mühitə təsiridir:

“Sənaye fəaliyyətinin genişlənməsi, meşələrin qırılması, avtomobillərin sayının artması və atmosferə atılan karbon qazının həcmi istixana effektini gücləndirib. Nəticədə Yer kürəsində orta temperatur yüksəlir, buzlaqlar ərir, okeanların səviyyəsi qalxır və ekstremal hava hadisələri daha tez-tez baş verir. Son illər Avropada müşahidə olunan rekord istilər bunun bariz nümunəsidir.”

Professor qeyd edib ki, insan orqanizmi müəyyən həddə qədər istiliyə uyğunlaşa bilsə də, temperatur normadan artıq yüksəldikdə bədənin müdafiə mexanizmləri zəifləyir.

“Normal şəraitdə orqanizm damarların genişlənməsi və tərləmə vasitəsilə bədən temperaturunu tənzimləyir. Lakin həddindən artıq isti havada bu mexanizmlər kifayət etmir. Nəticədə daxili bədən temperaturu artır, arterial təzyiq enə bilər, başgicəllənmə, halsızlıq, huşun itməsi və digər ağır fəsadlar yarana bilər. Bəzi hallarda hüceyrələrdəki zülalların strukturunda dəyişikliklər baş verir ki, bu da həyati təhlükə yaradan vəziyyət hesab olunur.”

Mütəxəssis xüsusilə uşaqların risk qrupuna daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşaqların orqanizmində su ehtiyatı daha az olduğundan onlar susuzlaşma və istilik təsirlərinə böyüklərlə müqayisədə daha həssas reaksiya verirlər.

Adil Qeybulla günvurma və istivurma hallarında ilk yardım tədbirlərinin düzgün görülməsinin vacibliyini də diqqətə çatdırıb:

“Belə hallarda zərərçəkmiş şəxs dərhal sərin və kölgəli yerə aparılmalıdır. Üzərinə artıq geyim varsa çıxarılmalı, alnına və boyun nahiyəsinə yaş dəsmal qoyulmalı, bədəni sərin su ilə silinməlidir. Məqsəd bədən temperaturunu tədricən aşağı salmaqdır. Əgər şəxsdə huşun qaralması, nitq pozğunluğu, kəskin halsızlıq və ya bayılma müşahidə edilirsə, dərhal təcili tibbi yardım çağırılmalıdır.”

Professorun sözlərinə görə, profilaktik tədbirlər görmək isə daha vacibdir. Belə ki, günəş şüalarının ən intensiv olduğu saat 12:00-dan 16:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir. Həmin saatlarda mümkün qədər kölgədə olmaq, açıq rəngli və yüngül geyimlərdən istifadə etmək, baş örtüyü taxmaq və gün ərzində kifayət qədər su qəbul etmək lazımdır.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliklərinin təsirləri gələcək illərdə daha da güclənə bilər. Bu səbəbdən insanların isti hava şəraitində davranış qaydalarına əməl etməsi, xüsusilə risk qruplarına daxil olan şəxslərin sağlamlığına diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır. Sadə görünən ehtiyat tədbirləri ağır sağlamlıq problemlərinin və hətta ölüm hallarının qarşısını almağa kömək edə bilər.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Media09 Avqust 2026

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

Dünya09 Avqust 2026

Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu

Dünya09 Avqust 2026

Raket çatmır: Pentaqon şirkətlərə təzyiq göstərir

Manşet09 Avqust 2026

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Dünya09 Avqust 2026

Bu təyyarə vurulsa, ABŞ üçün ciddi fövqəladə vəziyyət olar

Siyasət08 Avqust 2026

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Cəmiyyət08 Avqust 2026

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

Dünya07 Avqust 2026

Xamenei ölüm yatağındadır – KİV

Hava07 Avqust 2026

Sabah hava necə olacaq?

Prezident07 Avqust 2026

Samir Şərifov sədr təyin edildi - Sərəncam

Həmçinin oxu

Cəmiyyət

“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar mövzusu müzakirə olunub

No Comment
92 baxış
Cəmiyyət

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

No Comment
225 baxış
Cəmiyyət

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

No Comment
332 baxış
Cəmiyyət

Kabab xərçəngə səbəb olur - Sübut edildi

No Comment
714 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
SOCAR-da kütləvi ixtisarlar gedir? – RƏSMİ
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Azərbaycanın iki şəhərinə metro çəkiləcək – Tarix açıqlandı
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 808
Cəmiyyət 2187
Dünya 1258
Elm və təhsil 376
Gündəm 1271

Bütün müəllif hüquqları qorunur - 2026