SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Ermənistan ordusunda şok statistika: Yeddi ayda…
24 İyul 2026
Şamaxıda zəlzələ oldu
24 İyul 2026
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Əsas/İqtisadiyyat/AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
İqtisadiyyat

AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI

Xəbərsiz Media
07 İyul 2026

2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan müşahidələr göstərir ki, bazarda qiymət artımı davam edib. May ayı ilə müqayisədə iyun ayında yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb. Ən yüksək artım yenə də torpaq bazarında müşahidə olunub.

İyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub. Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.

1.      MƏNZİL BAZARI ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.

Rayon Yeni tikili Köhnə tikili Kotlovan Nərimanov 1.7% 1.8% 2.4% Yasamal 1.8% 2.0% 2.6% Binəqədi 1.4% 1.5% 2.2% Xətai 1.7% 1.7% 2.4% Sabunçu 1.3% 1.6% 2.0% Səbail 1.9% 2.2% 2.8% Nəsimi 1.8% 2.1% 2.7% Qaradağ 1.2% 1.0% 1.6% Suraxanı 1.4% 1.5% 1.9% Pirallahı 1.0% 1.1% 1.3% Nizami 1.6% 1.9% 2.0% Xəzər 1.2% 1.3% 1.5%

2. TORPAQ VƏ DİGƏR SEQMENTLƏR ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarı rayonlar arasında liderlik edərək ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə məhdud təklif fonunda fərdi yaşayış evlərində artım sabit qalıb.

Rayon Torpaq Qeyri-yaşayış Fərdi yaşayış Nərimanov 2.7% 2.3% 1.7% Yasamal 2.6% 2.4% 1.6% Binəqədi 3.3% 1.8% 2.2% Xətai 2.9% 2.1% 1.7% Sabunçu 3.7% 1.7% 2.3% Səbail 2.8% 2.6% 1.5% Nəsimi 2.6% 2.5% 1.5% Qaradağ 3.0% 1.5% 1.8% Suraxanı 3.5% 1.7% 2.2% Pirallahı 2.3% 1.3% 1.6% Nizami 2.6% 2.0% 1.7% Xəzər 3.2% 1.5% 2.5%

İyun ayının nəticələri göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davamlı xarakter alıb. Ən yüksək artım torpaq bazarında qeydə alınır. Kotlovan layihələri investisiya baxımından cəlbediciliyini qoruyur, yeni tikili mənzillərdə sabit yüksəliş müşahidə olunur, köhnə tikili mənzillərdə isə qiymət artımı daha mülayim templə davam edir. Mövcud dinamikanın ilin ikinci yarısında da bazarın ümumi inkişafını dəstəkləyəcəyi gözlənilir.

İyun ayı üzrə təqdim etdiyimiz dinamikanı və 2026-cı il üçün gözlənilən illik artımların təxminən yarısının artıq formalaşdığını nəzərə alaraq, rayonlar üzrə 2025-ci ilin iyun ayı ilə müqayisədə vəziyyəti belə təqdim etmək olar:

Rayon Yeni tikili Köhnə tikili Kotlovan Torpaq Obyekt Fərdi yaşayış Nərimanov 7% 5% 9% 10% 7% 6% Yasamal 7% 6% 10% 11% 7% 6.5% Binəqədi 6% 5% 8% 8% 5% 5% Xətai 7% 5% 9% 9.5% 6% 7% Sabunçu 5% 5% 8% 7% 5% 7% Səbail 8% 6% 10% 12% 8% 6% Nəsimi 7% 6% 10% 11% 8% 6% Qaradağ 5% 4% 6% 5% 4% 4% Suraxanı 5% 5% 7% 8% 5% 7% Pirallahı 4% 3% 5% 4% 3% 4% Nizami 6% 5% 8% 8% 6% 5.5% Xəzər 5% 4% 6% 13% 4% 8%

İlk yarımillikdə ən yüksək qiymət artımı Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının torpaq bazarında, həmçinin Səbail, Yasamal və Nəsimi rayonlarında kotlovan layihələrində müşahidə olunub. Bakı üzrə ən dinamik seqment torpaq bazarı olaraq qalır və bəzi ərazilərdə qiymət artımı artıq illik proqnozun yarıdan çox hissəsini təmin edib.

Seqment 2026-cı ilin ilk 6 ayı üzrə qiymət artımı Yeni tikili mənzillər 7% Köhnə tikili mənzillər 5% Kotlovan layihələri 9% Torpaq sahələri 13% Qeyri-yaşayış obyektləri 7% Fərdi yaşayış evləri 6%

Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.

 

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Həmçinin oxu

Cəmiyyət

İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

No Comment
51 baxış
Cəmiyyət

Azərbaycan əhalisinin sayı artdı

No Comment
38 baxış
İqtisadiyyat

Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"

No Comment
147 baxış
İqtisadiyyat

Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?  

No Comment
167 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026