“Rəngarəng səhər” verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb.
“Xəbərsiz” xəbər verir ki, proqramın aparıcısı Zaur Nəbioğlu meyxanaçı Aqşin Fatehin həyat yoldaşından ayrılacağı ilə bağlı iddiaların olduğunu bildirib.
Meyxanaçı isə teleaparıcının bu sözlərinə əsəbləşib. Efirin gedişində onun səsi bağlanılıb.
Daha sonra Aqşinə söz verilib. Meyxanaçı iddialara bu sözlərlə son qoyub:
“Nəfəslə paylaşımlarımın şərhlərində bu ifadələrə rast gəlirəm. Əslində sizi qınamıram. Bir dəfə deyirəm, hamı da bilsin. Mən nə qızlarımın, nə də onların anasının görüntülərini heç bir yerdə yayımlamamışam. Buna icazə də verməmişəm. Bundan sonra oğlan övladlarımı belə efirlərə gətirməyəcəyəm. İstəmirəm ailəm gündəm mövzusu olsun. Mən hazırda evdən, ailəmin yanından gəlirəm”.
Əli Hacı
