SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu, Naxçıvanda da hiss olundu
Əli Kərimlinin həbs müddəti uzadıldı
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı bitir
13 İyul 2026
Sabah 39 dərəcə isti olacaq
13 İyul 2026
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu…
13 İyul 2026
Əsas/Gündəm/Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı
Gündəm

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Xəbərsiz Media
06 İyul 2026

Tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.

“Xəbərsiz” “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hazırda diqqətlər bu iş üzrə apellyasiya məhkəməsinə yönəlib.

Artıq tiktokerin vəkilləri şikayətin hazırlanmasına başlayıb, iş üzrə əlavə dəlil və sübutlar toplayırlar.

İctimaiyyəti maraqlandıran əsas suallardan biri isə budur: Arzumun təqsirliliyi yuxarı instansiya məhkəmələri tərəfindən də təsdiqlənərsə, o, real cəza çəkmədən azadlıqda qala bilərmi?

Tanınmış vəkil Orxan Zeynalovun sözlərinə görə, apellyasiya instansiyası hökmü qüvvədə saxlasa belə, məhkəmə məhkumun himayəsində ikisi azyaşlı olmaqla 4 uşağının olmasını, onlardan birinin autizmli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirə bilər. Bu halda Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq 5 il 2 aylıq həbs cəzası şərti cəza ilə əvəz edilə bilər.

Bundan başqa, apellyasiya məhkəməsi məhkumun himayəsində 14 yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, AR CM-nin 79-cu maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsini təxirə sala bilər.

Vəkil Arzumun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı deyir ki, Arzum təkcə Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə deyil, həm də 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddəsi ilə təqsirli bilinib.

Sonuncu maddə qəsdən törədilən cinayətlərə aid olduğundan onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi yalnız o halda mümkündür ki, şəxsə AR CM-in 264-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

Bəs hökm dəyişdirilmədən qanuni qüvvəyə minərsə, Arzum ən tez nə vaxt azadlığa çıxa bilər?

“Belə olan halda məhkumun Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququ qalır. Ali Məhkəmə də hökmü qüvvədə saxlayarsa, Arzum cəzasının yarısını – təxminən 2 il 7 ay hissəsini həbsdə çəkdikdən sonra vaxtından əvvəl cəzadan şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa, gələcəkdə qəbul ediləcək əfv sərəncamı və ya amnistiya aktı da ona şamil oluna bilər”, – Orxan Zeynalov qeyd edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət13 İyul 2026

Sabah Məhərrəm ayı bitir

Cəmiyyət13 İyul 2026

Sabah 39 dərəcə isti olacaq

Prezident13 İyul 2026

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Prezident13 İyul 2026

"O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı"

Prezident13 İyul 2026

Prezident: Milli ləyaqət hər şeydən üstündür

Gündəm13 İyul 2026

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

Cəmiyyət13 İyul 2026

Bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış

Cəmiyyət13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

Dünya13 İyul 2026

İran ABŞ PUA-sını vurdu

Hadisə13 İyul 2026

Bakıda qadın dənizdə boğuldu

Həmçinin oxu

Gündəm

Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?

No Comment
152 baxış
Gündəm

Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü

No Comment
1.1K baxış
Gündəm

Elşad Xosedən polisə şikayət olundu

No Comment
277 baxış
Gündəm

Yarım milyondan çox yeyinti: sabiq bələdiyyə sədrinə iş açıldı

No Comment
684 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Sərəncam İMZALANDI: Vəzifəsini itirən məmur KİMDİR?
Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü
Elşad Xosedən polisə şikayət olundu
İqtisadiyyat
Qızıl ucuzlaşdı – MƏBLƏĞ
AQC iyun ayı üzrə əmlak bazarında qiymətləri AÇIQLADI
“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…” – PREZİDENTƏ MÜRACİƏT

Bölmələr üzrə

Baxış bucağı 804
Cəmiyyət 2129
Dünya 1211
Elm və təhsil 362
Gündəm 1230

Bütün müəllif hüquqları qorunur - 2026