Avropa Kimya Agentliyi (ECHA) etanolu kanserogen kimi təsnif etməyi nəzərdən keçirir, bu isə onun tibb müəssisələrində istifadəsinin qadağan edilməsinə səbəb ola bilər.
“Xəbərsiz” bildirir ki, Financial Times (FT) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə dərc edib ki, burada etil spirti xərçəng və hamiləlik fəsadlarının inkişaf riskini artıran zəhərli maddə siyahısına daxil edilib.
ECHA-nın Biosidal Aktiv Maddələrə Nəzarət Komitəsi noyabrın 24-dən 27-dək iclas keçirəcək və bu iclasda agentlik etanolun insanlar üçün təhlükəli maddə kimi təsnifləşdirilməsinin mümkünlüyü barədə qərar qəbul edəcək. Daha sonra təklif Avropa Komissiyasına göndəriləcək və o, yekun qərarı verəcək.
FT qeyd edib ki, alkoqol əsaslı dezinfeksiya vasitələri hazırda Avropa İttifaqında təhlükəsiz kimi tanınır və 1990-cı illərdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas dərmanlar siyahısına daxil edilib.
Səma Sevyarlı
