Azərbaycan Kubokunun II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Xəbərsiz xəbər verir ki, növbəti mərhələdə Misli Premyer Liqası təmsilçilərindən “Neftçi” MOİK-lə üz-üzə gələcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
“Səbail” – “Şamaxı”
“Göygöl” – “Baku Sportinq”
“Karvan-Yevlax” – “Sheky City”
“Qaradağ Lökbatan” – “İmişli”
“Qəbələ” – “Mingəçevir”
“Cəbrayıl” – “Şəfa”
“Zaqatala” – “Sumqayıt”
“Neftçi” – MOİK
“Xankəndi” – “Difai”
“Dinamo” – “Turan-Tovuz”
“Ağstafa Gəncləri” – “Kəpəz”
“Şimal” – “Şahdağ-Qusar”
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları oktyabrın 28-29-da baş tutacaq.
