Bu ilin birinci rübündə Azərbaycan 109,9 milyon ABŞ dolları məbləğində 129 min ton meyvə-tərəvəz idxal edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu, illik müqayisədə dəyər ifadəsində 3,4% çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 2,7%-ni təşkil edib.

















