Azərbaycan millisi Pakistanla yoldaşlıq oyunu keçirə bilər
“Xəbərsiz” xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası bu il Pakistan milli futbol komandası ilə yoldaşlıq oyunu keçirə bilər. Qarşılaşmanın təşkilinə dair danışıqlar hələ də davam edir.
Xatırladaq ki, AFFA-nın prezidenti Rövşən Nəcəf ötən il Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüş zamanı iki tərəf arasında futbol sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, Azərbaycan və Pakistan milli komandaları arasında gələcəkdə yoldaşlıq oyunlarının keçirilməsi planlaşdırılır.





