Azərbaycan neftinin qiyməti artdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,61 % artaraq 100,09 ABŞ dolları təşkil edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 98,66 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 ABŞ dolları və ya 0,68 % artaraq 97,67 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.





