Oktyabr 26, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku +20° broken clouds
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi•SON DƏQİQƏ! Ramiz Quliyev vəfat etdi•Sənan Mehdiyevə hökm oxundu•Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib•Putin AZAL təyyarəsinin qəzasından danışıb: Biz Əliyevlə razılaşdıq…
Ana Səhifə Manşet

"Azərbaycan-qalib Orduya, güclü Daxili İşlər sisteminə malikdir!"

Ziyafət Əlisoy Ziyafət Əlisoy
Oktyabr 10, 2025
Manşet, Milli Məclis, Özəl
A A

Daxili Qoşunların yaradılması müstəqilliyimizlə yaşıd olsa da, 90-cı illərin xaosundan xalqımızı xilas edən Ulu öndər Heydər Əliyevin rəsmiləşdirdiyi 12 mart 1995-ci il tarixi mühüm dönüş anıdır.

Bu sözləri “Xəbərsiz”ə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat bildirib ki, bir tərəfdə əraziləri işğal olunan və 1 milyon məcburi köçkünün humanitar faciəsi, digər yanda hərbi və kriminal qrupların, etnik separatçıların tüğyan etdiyi bir ölkədə daxili sabitliyin təminatı bir nömrəli vəzifə idi.

“Əvəzində sovet milis serjantlığından polkovnik ali hərbi rütbəsinə çatdırılan şəxsi Daxili Qoşunlara rəhbər təyin edən Cəbhə hakimiyyəti Gəncədə süquta uğrayanda qurumun komandanı meydandan qaçdı. Ermənistanla döyüş cəbhəsində qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsi də sonralar silahı dövlətə qarşı çevirdilər. Anarxiyaya son qoymaq üçün Sistem adamı olan Heydər Əliyev təkcə Milli Təhlükəsizlik orqanlarını deyil, o cümlədən, Naxçıvanda uğurla sınaqdan çıxardığı dövlətə sadiq Daxili İşlər Nazirliyi strukturunda Daxili Qoşunları gücləndirməklə nəinki əminamanlğı təmin etdi, o cümlədən, xaricdən yönəldilən sui-qəsdləri və terror aktlarını da qətiyyətlə durdurdu”, – deyə deputat əlavə edib.

Zahid Oruc bildirib ki, o vaxt Ulu öndərə qarşı silahlı təxribatlar, o cümlədən,  görkəmli dövlət və elm xadimlərinin qətlləri dövlətə qarşı atılan güllələr idi. Daxili Qoşunlar on minlərlə milli polis qüvvələrimizlə çiyin-çiyinə Azərbaycan dövlətçiliyini qorudu, Konstitusion quruluşun və daxili iğtişaşların qarşısının alınmasına mühüm töhvələr verdi.

2003-cü ilin dövlətçilik imtahanı zamanı-Azadlıq meydanına və dövlət orqanlarına hücum edən qaragüruh birliyi-Cəbhə-Müsavat qanlı inqilabının dəf edilməsində də xalqın iradəsi, Daxili İşlər Orqanlarının qətiyyəti ilə dövlətimiz yenidən qalib gəldi.

“Milli Məclisin müzakirəsinə çıxarılan “Daxili Qoşunlar haqqında” yeni qanun layihəsi Zəfərimizin birbaşa nəticəsi, yeni dövlət quruculuğu siyasətinin bariz nümunəsi, qlobal təhlükələr və çağırışlar dövründə Silahlı Qüvvələrin və Hüquq-Mühafizə Orqanlarının dəqiq statusu, vəzifələri və səlahiyyətlərini müəyyənləşdirməyə xidmət edir. Cənubi Qafqazda son hadisələr, Gürcüstanda toqquşan dövlətlərin savaşı geniş coğrafiyaya yaymaq niyyətləri, o cümlədən, Ermənistanla sülh müqaviləsinə qarşı planlar bütün dövlət orqanlarının çevik və koordinasiyalı fəaliyyətini tələb edir, Azərbaycanın regional təhlükəsizlik arxitekturasında aparıcı  rolunun qarantı kimi çıxış edir”, – deyə plenari əlavə edib.

O qeyd edib ki, sənəddə daxili qoşunların səlahiyyətləri, struktur və məsuliyyət  dairəsi  konkretləşir, müstəsna hallarda daxili qoşunlara verilən polis funksiyalarının icrası, məlumatların məxfiliyi, güc tətbiqinin çərçivələri beynəlxalq hüquqi sənədlərlə uzlaşır. Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin Hüquq-Mühafizə Orqanları üçün Etik Davranış Kodeksində olduğu kimi güc tətbiqi yalnız son çarə kimi, zərurət və mütənasiblik prinsiplərinə uyğun aparılır. Zorakılıq deyil, hüquq əsaslı müdaxilə nəzərdə tutulur.

İctimai nəzarət üçün Ombudsman və vətəndaş cəmiyyətinin rolu tanınır.

Azərbaycan Daxili Qoşunları ictimai aksiyaların təhlükəsizliyinin təmini, fövqəladə hallarda dövlət maraqlarının müdafiəsi və hüquqazidd hərəkətlərin qarşısının alınması kimi əsas vəzifələrə malikdir.

Daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Ona görə də Daxili qoşunlar hesabatlıdır, üzərində yüksək dövlət nəzarəti mövcuddur.

“Təkcə milli kontekstdə deyil, regional və beynəlxalq təcrübə ilə müqayisə aparsaq, qardaş Türkiyə Jandarmeriyası ölkənin kənd və qəsəbələrində təhlükəsizliyi təmin edir, Milli Müdafiə və Daxili İşlər Nazirliyi arasında xüsusi statusa malikdir. Fransa Milli Jandarmeriyası da həm hüquq mühafizə orqanlarının funksiyalarını, həm də hərbi qüvvə kimi hərbi vəzifələri icra edir. Onlar xüsusi əməliyyatlar keçirir və fövqəladə hallara cavab verirlər”, – deyə deputat qeyd edib.

Zahid Orucun sözlərinə görə,  hər bir ölkənin daxili qoşun və yarımhərbi strukturları öz milli xüsusiyyətlərinə, coğrafi və təhlükəsizlik tələblərinə uyğun formalaşır.

Digər bir göstəriciyə görə MDB, Türkiyə və Şərqi Avropa ölkələrində daxili qoşunların şəxsi heyətinin sayı qardaş Türkiyədə 50,000 nəfər, əhalinin 100,000 nəfərinə 59 nəfər, Rusiyada 340,000, əhalinin 100,000 nəfərinə 236 nəfər düşdüyünü görürük. Azərbaycanda daxili qoşunların sayı 19,000 nəfərdir, əhalinin 100,000 nəfərinə düşən say isə 188-dir.

Şəxsi heyət, silah və texniki təchizat, təlim səviyyəsi və  əməliyyatlara hazırlıq, mərkəzləşmiş idarəetmə və koordinasiya qabiliyyətinə görə ölkəmizin Daxili qoşunları təkcə regionumuzun deyil, Müstəqil Dövlətlər və Şərqi Avropada  ön  cərgələrdə dayanır. Müharibə təcrübəsi olan, əməliyyatlara çevik reaksiya verən, döyüş şəraitində sınaqdan çıxan qüvvələr sabitliyin qarantıdır.

Tam əminliklə deyə bilərik: Azərbaycan-qalib Orduya, güclü Daxili İşlər sisteminə, çevik Dövlət Təhlükəsizliyi və Sərhəd Xidmətinə malikdir!

Təhlükəsizlik bir bütövdür-onu yalnız güclü qurumlar birgə qoruya bilər.

Yekunda bir daha layihəni təkcə hüquqi akt deyil, Qələbəmizin davamlılığını təmin edən institusional islahat və Böyük qayıdışın təhlükəsizliyə söykənən sütunu kimi qiymətləndiririk.

Ziyafət Əlisoy

Populyar xəbərlər
logo
Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.

Məlumatlar


Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Elm və təhsil
  • Gündəm
  • Hadisə
  • Hava
  • Hərbi
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Maqazin
  • Maraqlı
  • Media
  • Milli Məclis
  • Mədəniyyət
  • Özəl
  • Prezident
  • Sağlamlıq
  • Siyasət
  • Son Dəqiqə
  • Texnologiya
  • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün hüquqları qorunur. Xebersiz Media - © 2025

Bakı +20° broken clouds